Xəbərlər

İran deyir ki, sanksiyalar qaldırılmasa danışıqlarda iştirak etməyəcək

İran bildirib ki, Vaşinqton 2015-ci il nüvə sazişinin dirçəldilməsi məqsədilə gələn həftə Vyanada keçiriləcək görüşdən əvvəl Tehran üzərindəki sanskiyaları qaldırmasa, Birləşmiş Ştatlarla danışıqlarda iştirak etməyəcək.

İran xarici işlər nazirinin müavini Abbas Araqçi aprelin 4-də habelə Tehran və Vaşinqton arasında doalyısı ilə danışıqların keçirləcəyinə dair şayiələri təkzib edib:

“İranın bu barədə siyasəti aydın və sadədir: Birləşmiş Ştatlar Vyana nüvə sazişinə qayıtmalı, sazişə razılaşmanın şətrtlərinə uyğun olaraq əməl etməli və İrana qarşı sanksiyaları qaldırmalıdır”.

Bundan əvvəl İran XİN sanksiyaların “mərhələli” qaldırılmasına dair təklifləri rədd etmiş və bildirmişdi ki, İran üçün həlledici amil sanksiyaların tam qaldırılmasıdır.

Vyana danışıqları nə verəcək?

Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və İran diplomatları aprelin 6-da Vyanada Avropa İttifaqının vasitəçiyi ilə keçiriləcək danışıqlarda iştirak etməlidirlər.

Bu 6 ölkə rəsmi adı Hərtərəfli Birgə Hərəkət Planı olan nüvə sazişini imzalamış tərəflərdir.

İran bu sazişi imzaladıqdan sonra onun üzərindəki bütün sanksiyalar qaldırılmalıydı.

Lakin keçmiş prezident Donald Trampın 2018-ci ildə öz ölkəsini bu razılaşmadan birtərəfli qaydada çıxarması ilə Tehranın üzərinə bütün ABŞ sanksiyaları bərpa olunub.

İran ABŞ-ın bu hərəkətinə nüvə sazişinin şərtlərindən tədricən geri çəkilməklə cavab verib.

Hazırda Tehran nüvə sazişinin mühüm şərtlərinin xeylisini pozmaqdadır.

ABŞ prezidneti Co Bayden ölkəsinin nüvə sazişinə qayıdacağına işarə etmişdi, lakin administrasiya bildirir ki, bunun üçün İran əvvəlcə saziş şərtlərinə qayıtmalıdır.

24 saat” “İran deyir ki, sanksiyalar qaldırılmasa danışıqlarda iştirak etməyəcək” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button