2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İran dron hücumuna görə İsraili günahlandırdı

Yayımlandı: 2 Fevral 2023 13:26

Tehran Təl-Əvivi beynəlxalq hüququ pozmaqda ittiham edib

“İsfahanda İran Müdafiə Nazirliyinin obyektinə edilən hücuma görə İsrail cavabdehdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani bildirib.

S.İrəvani BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubunda İsraili beynəlxalq hüququ pozmaqda ittiham edib.

Diplomat iddia edib ki, Tehran ilkin araşdırmadan sonra hücumda Təl-Əvivin əli olduğu qənaətinə gəlib.

“Beynəlxalq hüquq və BMT Nizamnaməsi əsasında İran İslam Respublikası özünün milli təhlükəsizliyini qorumaq və İsrail tərəfindən təhdid və ya pis davranışa istənilən vaxt və harada uyğun görsə, qəti şəkildə cavab vermək kimi qanuni və ayrılmaz hüququnu özündə saxlayır”, – Səid İrəvani belə deyib.

Yanvarın 29-na keçən gecə İranın İsfahan şəhərində hərbi obyektdə güclü partlayış baş verib.

İslam Respublikasının Müdafiə Nazirliyi bildirir ki, hava hücumundan müdafiə bölmələri İsfahan şəhərinin mərkəzindəki hərbi emalatxanaya pilotsuz təyyarənin hücumunu dəf ediblər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button