2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İran dronları Rusiyanı gücləndirə biləcəkmi?

Mənbə: CNN

Tərcümə: Novator

ABŞ hesab edir ki, Rusiya Ukraynada havadan hücumlar həyata keçirmək, habelə müşahidə aparmaq məqsədilə xaricdən yüzlərlə dron almaq qərarına gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Ağ evə istinad edən CNN kanalı avqust ayında Rusiyanın İrandan döyüş dronları aldığını xəbər verir. Novator.az-ın məlumatına görə, Ağ evdən CNN-ə bildiriblər ki, “Mohajer-6”, “Shahed-129”, “Shahed-191” markalı dronlar avqustun əvvəlində İranda aerodromlardan birinə gətirilib, ayın ortalarında isə yük təyyarələri ilə Rusiyaya daşınıb.

Rusiyalı operatorların İranda dronların idarə edilməsi üzrə təlimlərə cəlb olunduğu da bildirilir.

Amerikalı rəsmilər Rusiyanın İran dronlarından ilk növbədə Ukrayna müharibəsində istifadə edəcəyi qənaətindədir. Ona görə amerikalılar həmin dronların tezliklə Ukraynada döyüş meydanlarında yerləşdiriləcəyini gözləyirlər.

CNN istər zərbə, istərsə də müşahidə dronlarının Ukrayna döyüşlərində hansı rol oynaya biləcəyini də araşdırıb. Kanal qeyd edir ki, Rusiyanın İrandan aldığı dronların bir qismi yüksək dəqiqliklə zərbə endirməyə qadirdir. Bu baxımdan zərbə dronlarının Ukrayna ordusuna problemlər yarada biləcəyi istisna edilmir.

Rusiyanın müşahidə dronlarından geniş yararlanmasının isə ABŞ-ın və digər Qərb dövlətlərinin Ukraynaya verdiyi mobil artilleriya raket sistemlərinin (HİMARS) təsirini azalda biləcəyi ehtimal olunur.

Ukrayna HİMARS-ın köməyi ilə cəbhə xəttinin dərinliyindəki Rusiya hədəflərinə hücumlar həyata keçirir.

Amma CNN onu da vurğulayır ki, ABŞ-ın kəşfiyyat rəsmiləri Rusiyanın İrandan aldığı dronların bir çoxunun sınaqlar zamanı xeyli uğursuzluğa düçar olduğunu aşkarlayıb. Bu isə İrandan aldığı dronları döyüş meydanında yerləşdirəndən sonra Rusiyanın əhəmiyyətli dərəcədə güclənə biləcəyinə şübhələr yaradır.

24 saat” “İran dronları Rusiyanı gücləndirə biləcəkmi?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button