2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İran genişmiqyaslı hava hücumundan müdafiə təliminə başlayıb

İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) oktyabrın 12-də ölkənin “hava məkanının yarısını” tutan genişmiqyaslı birgə manevrlərə başlayıb.

Əl-Cəzirə xəbər verir ki, iki gün davam edəcək hava hücumundan müdafiə təlimləri İranın mərkəzindəki səhra ərazidə keçirilir. Manevrlərə Xatəm əl-Ənbiya Hava Hücumundan Müdafiə bazası rəhbərlik edir.

İranın hərbi komandanları bildirirlər ki, təlimlər müharibə şəraitinə maksimum yaxın tərzdə keçirilir, manevrlərdə pilotlu və pilotsuz uçan vasitələrdən və raketlərdən istifadə olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Onların sözlərinə görə, məqsəd ölkənin hava hücumlarını dəf etmək qabiliyyətinin qiymətləndirilməsidir.

Xatəm əl-Ənbiya bazasının baş komandanı, briqada generalı Qadir Rəhimzadə deyib ki, təlimlərdə habelə İİKK-nin 3-cü və 15-ci Xordad hava hücumundan müdafiə birlikləri də iştirak edirlər.

Briqada generalı Əlirza Sabahifərd təlimlərin birinci gününün uğurlu keçdiyini bildirib.

Dövlət televiziyası ilə göstərilən süjetdə general vurğulayıb ki, təlimlərdə istifadə olunan texnika yerli istehsaldır və müasir texnologiyaların son nailliyyətlərini əks etdirir.

Bundan bir gün əvvəl İran “Məcid” adlı yaxınmənzilli hava hücumundan müdafiə raket sisteminin sınaqdan çıxarıldığını bildirmişdi. Bu sistem yerli istehsallı radar sisteminə bağlanıb və 30 kilometrlik radiusu əhatə edir.

“Həyati və həssas” məntəqələr

Rəhimzadə bildirib ki, təlimlərdən məqsədin biri də ölkənin “həyati və həssas” məntəqələrinin müdafiəsinin məşq edilməsidir.

Əl-Cəzirə bildirir ki, Natanz nüvə stansiyası da daxil, ölkənin nüvə proqramı ilə bağlı bir neçə məntəqəsi məhz təlimlərin keçirildiyi ərazidə yerləşir.

Natanzın ötən il iki dəfə hücuma məruz qaldığı bildirilmişdi. İran bu hücumlara görə İsraili ittiham edirdi.

İsrail son aylarda İranın nüvə proqramının sürətləndiyi barədə xəbərdarlıq etmişdi.

İsrail silahlı qüvvələri baş qərargahının rəisi Aviv Kohavi bildirmişdi ki, onun ölkəsi İranın nüvə ambisiyalarının qarşısının alınması üçün hərbi hücum planları üzərində işləyir.

İran rəsmiləri ölkə nüvə proqramının dinc səciyyə daşıdığında israr edirlər.

Xəbərdə deyilir ki, İran bundan bir qədər əvvəl ölkənin şimalında, Azərbaycanla sərhəd bölgədə genişmiqyaslı manevrlər keçirib.

İran Azərbaycan ərazisində “İsrail qüvvələrinin mövcud olmasından” narahatlıq bildirir. Rəsmi Bakı İranın bu iddialarını sərt bir şəkildə rədd edib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button