2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İran hökumətinə birbaşa əlaqəsi olan kino nümayəndələrinə qadağa

Yayımlandı: 26 Yanvar 2023 15:11

Berlin Film Festivalı Məhsanın ölümünə etiraz edən etirazçıları dəstəkləyir

“Berlinale” kimi tanınan 73-cü Beynəlxalq Berlin Film Festivalının təşkilatçıları İran hökumətinə birbaşa əlaqəsi olan kino nümayəndə heyətlərinə, şirkətlərinə və jurnalistlərinə kino tədbirində iştirakı qadağan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Festival rəsmiləri bu haqda bəyanat yayıblar.

Bu qərarın 2022-ci il sentyabrın 13-də İranda əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Amini adlı qadının həbsdə ölməsindən sonra başlayan etiraz dalğasına dəstək məqsədilə verildiyi bildirilir.

“Məhsa Əmininin açıq hicab geyindiyinə görə ölümü ilə başlayan etirazlar dalğası hökumətin təhlükəsizlik qüvvələri tərəfindən 500-dən çox mülki şəxsin öldürülməsinə səbəb olub. Berlin Film Festivalı İranda zorakı qeyri-demokratik rejimə qarşı özlərini müdafiə edən cəsarətli etirazçıları dəstəkləyir”, – bəyanatda deyilir.

Həmçinin bildirilib ki, İranla yanaşı, Rusiyanın da milli və ya dövlət qurumları, şirkətlər, jurnalistlərinə akkreditasiyaya icazə verilməyəcək.

“Festival Rusiyanın beynəlxalq hüququ pozan təcavüzkar müharibəsini qətiyyətlə pisləyir. Ukrayna xalqı və bu müharibəyə qarşı kampaniya aparan hər kəslə həmrəy olduğunu bildirir”, – açıqlamada deyilir.

Qadağa yalnız dövlət qurumlarına bağlı olan kino, şirkət və media mənsublarına aiddir. Çünki hər iki ölkənin müstəqil rejissorlarının filmləri festivalın proqramına daxil edilib.

73-cü Berlin Film Festivalı fevralın 16-26-dək keçiriləcək.

Festivalda amerikalı rejissor Şon Pennin Ukraynakı hərbi əməliyyatlar haqqında çəkdiyi “Supergüc” (“Superpower”) sənədli filmi də nümayiş olunacaq.

Filmdə Ukrayna Prezidenti Volodimir Zelenski də çəkilib.

Rusiya Ukraynada müharibəyə başlayandan sonra bir sıra beynəlxlaq tədbirlərdə iştirakına qadağa qoyulub.

Ötən ilin sentyabrında Məhsa Amininin ölümündən sonra bir sıra iranlı sənət adamları, tanınmışları olaya etiraz əlaməti olaraq sosial şəbəkələrdə paylaşmalar ediblər.

Nəticədə aktrisalar Təranə Əlidusti, Henqame Qaziani və Katayun Riahinin həbs edilməsi xəbərləri yayılıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button