2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İran Hörmüz boğazı yaxınlığında hərbi təlim keçirir

Dekabrın 30-da İran Oman körfəzi ərazisində, strateji Hörmüz boğazı yaxınlığında illik təlimə başlayıb. Məlumatı İran dövlət televiziyasına istinadla “”AP” yayıb. Bu arada hökumət artıq üçüncü aya keçmiş antihökumət etirazlarını amansızlıqla yatırtmağa davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

Oman və Fars Körfəzləri arasında yerləşən Hörmüz boğazı qlobal enerji təchizatında vacib yer tutur, dünyada dənizlə daşınan neftin beşdə biri bu boğazdan keçir.

Televiziyanın məlumatına görə, “Zolfaqar-1401” adlı təlimlərdə komandolar və hava-desant qüvvələr, dronlar, qırıcılar, helikopterlər, hərbi nəqliyyat təyyarələri, sualtı qayıqlar iştirak edəcək. İran ordusunun raketlər atacağı, havadan müdafiə sistemlərini də işə salacağı bildirilir.

Məlumatda deyilir ki, manevrlərin məqsədi “xarici təhdidlərə, istənilən mümkün işğala hazırlığı gücləndirməkdir”.

İran müdafiə gücünü artırmaq və silahlarını sınaqdan keçirməkdən ötrü mütəmadi olaraq belə təlimlər keçirir.

Sentyabrın ortasından İranda hökumətə qarşı etirazlar keçirilir. Buna 22 yaşlı Məhsa Əmininin guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfatı səbəb olub. Nümayişlərdə 40 ildən çoxdur ölkəni idarə edən teokratik rejimə son qoymaq çağırışları səslənib.

24 saat” “
İran Hörmüz boğazı yaxınlığında hərbi təlim keçirir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button