2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İran İslam İnqilabı Keşikçilərinin bazasında partlayışı kim törədib?

Sosial mediada yayılmış videolarda Tehranın cənub-şərqində yerləşən Malik-Aştar baza kompleksində iki partlayışın baş verdiyi görünür

Saytların yığılması Saytlarin yigilmasi

İran parlamentinin millət vəkillərindən biri deyib ki, ötən həftə İran İslam İnqilabı Keşikçiləri Korpsunun (İİKK) Tehrandakı bazasında baş vermiş partlayış təxribat aktı olub.

Sosial mediada yayılmış videolarda Tehranın cənub-şərqində yerləşən Malik-Aştar baza kompleksində iki partlayışın baş verdiyi görünür.

Eyni zamanda İranda qadağan edilmiş Mücahedine-Xəlq təşkilatının saytında dərc olunmuş xəbərdə deyilir ki, partlayışlar iyulun 1-də, yerli vaxtla axşam 21 radələrində baş verib.

Parlament üzvü və İİKK-nin keçmiş komandanı İsmayıl Kosari iyulun 5-də bazada partlayışlar törədilidiyini təsdiq edib.

Kosari bunun o qədər də böyük hadisə olmadığılnı deyib və ölənlər və yaralananlar barədə məlumat verməyib:

“Birincisi bu partlayış deyildi. İki əldəqayırma partladıcı qurğunun detonasiyası idi”.

Kosari deyib ki, Mücahedine-Xəlq agentləri gecənin qaranlığından istifadə edərək belə bir akt törədiblər və sonra videoya çəkiblər.

Dünya agentliklərinin xəbərlərinə görə son aylarda İranda bir neçə sui-qəsd və qətllər baş verib.

Son vaxtlar Mücahedine-Xəlq təşkilatı da İran daxilindəki əməliyyatlarını artırıb və bir neçə kiberhücum həyata keçirib.

Təşkilat iyulun 3-də bəyan etmişdi ki, İslami Mədəniyyət və Kommunikasiya Təşkilatının saytına haker hücumu edib.

24 saat” “
İran İslam İnqilabı Keşikçilərinin bazasında partlayışı kim törədib?
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button