2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İran kosmosa adam göndərmək planından vaz keçir – Pulsuzluqdan

İran alimləri 2013-cü ildə kosmosa meymun göndərdi. Bundan ilhamlanan ölkə prezidenti Mahmoud Ahmadinejad dedi ki, 2018-ci ildə ölkədə hazırlanmış raketlə kosmosa uçmaq istəyər. Ancaq Ahmadinejad-ın prezidentlik müddəti 2013-cü ildə bitdi. Deyəsən, İranın kosmosa adam göndərmək ambisiyaları da bitmək üzrədir. Bunu «The New York Times» qəzetində Rick Gladstone yazır.

15-20 MİLYARDLIQ LAYİHƏ BAHALI SAYILIB

Saytların yığılması Saytlarin yigilmasi

Hökumətin kosmik agentliyi kosmonavt daşıyacaq raket buraxmaq layihəsini təxirə salıb. Bu haqda yarırəsmi ILNA xəbər agentliyi mayın 31-də məlumat yayıb. Agentliyin direktor müavini Mohammad Homayoun Sadr deyib ki, 15 il ərzində 15-20 milyard dollarlıq layihələr xeyli bahalı sayılıb.

2013-cü ilin yanvarında İran «Pishgam» (farsca «pioner» deməkdir) adlı meymunu kosmosa göndərdi, sonra sağ-salamat geri qaytardı. Daha sonra fəzaya siçan, tısbağa da çıxardılar. İran alimləri düşünürdülər ki, 5-8 il ərzində kosmosa insan da göndərə biləcəklər.

Elə ovaxtkı prezident M.Ahmadinejad da bundan həvəslənərək demişdi ki, «ilk iranlı olaraq, özümü alimlərimiz üçün fəda etməyə hazıram».

Prezident Hassan Rouhani Tehranda kosmik texnologiyalar sərgisində.

Prezident Hassan Rouhani Tehranda kosmik texnologiyalar sərgisində.

Təxminən bir il öncə İranın kosmik agentliyi iddia edirdi ki, kosmosa insan göndərmək yönündə irəliləyiş qazanıb. Ancaq İranın opponentləri bu ölkənin kosmik proqramından narahat idilər. Belə ki, insanı fəzaya qaldıracaq elm ballistik raketin daşıyacağı nüvə başlığına da tətbiq oluna bilərdi.

İTKİ LAYİHƏSİ

2015-ci ildə dünya gücləriylə nüvə sazişi imzalayan Hassan Rouhani bu ilin mayında yenidən prezident seçildi. İrana beynəlxalq sanksiyaların yüngülləşdirilməsinə baxmayaraq, ölkədə işsizlik yüksək səviyyədədir, iqtisadi problemlər var. Müəllif yazır ki, bu səbəbdən Tehranın kosmik planlarını kənara qoyması elə də təəccüblü deyil.

«Dinamik artımı saxlamaq istəyirlərsə, məhsuldarlığı artıran sərmayələr yatırmalı, iş yerləri yaratmalıdırlar», – Avrasiya Qrupunun sədri Cliff Kupchan deyib.

«Prestijli layihələr, elə bu kosmos layihəsi itki deməkdir», – o, sözlərinə əlavə edib.

Müstəqil təhlilçi Charles P.Vick isə düşünür ki, İran alimləri bu layihədə xeyli texniki problemlərlə üzləşiblər.

«Bildiklərini aşan bir şeyə girişmişdilər. Arzu yaxşı şeydir, ancaq əvvəl-axır reallığa çevrilməlidir», – Vick söyləyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button