2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İran kürd üsyançılara təzyiqi artırır

İran İraqın kürd rəsmiləri üsyançıları qovmadığı təqdirdə, İraqın muxtar Kürdüstan regionunun sərhəd kəndlərindəki üsyançıları hədəf alan bombardman kampaniyası genişləndirməklə təhdid edir.

Sentyabrın əvvəlindən bəri İran qüvvələri iranlı kürd üsyançılarının sığındığını iddia etdiyi sərhəd kəndlərinə artilleriya atəşinə tutur və pilotsuz təyyarələrlə zərbələr endirir. Tehran hədəfin İran ərazisinə hücumlar təşkil etməkdə günahlandırılan silahlı qruplaşmaları dağıtmaq olduğunu deyib.

Kürdüstan Regional Hökumətinin Tehrandakı nümayəndəsi Nazim Dabağ bu həftə Amerikanın Səsinə İraqın Kürd rəsmilərinin İranın xəbərdarlığına “ciddi” yanaşmalı olduqlarını deyib və hər iki tərəfi Kürdistan bölgəsini öz münaqişələrində istifadə etməməyə çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Kürdüstan Regional Hökumətinin mövqeyi odur ki, o, bu bombardmanı və buna səbəb olan fəaliyyətləri qınayır” – deyə, Dabağ bildirib.

O, “biz bunu diplomatiya, danışıqlar və ünsiyyət yolu ilə həll etməyə çalışırıq” deyə, əlavə edib.

Son həftələr İran rəsmiləri kürd üsyançılarını “Amerika və Sionist muzdlular” adlandırıb və onların İraqın Kürdüstan bölgəsindən İranın sərhəd qüvvələrinə qarşı hücumlar təşkil etməkdə günahlandırıb.

Bazar günü İran Silahlı Qüvvələrinin baş komandanı Məhəmməd Bağeri ABŞ-ı birbaşa kürd üsyançılarını dəstəkləməkdə günahlandırıb və Kürdüstan bölgəsinin paytaxtındakı Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında Amerika əsgərlərinin yerləşdiyi Hərir hərbi hava bazasının bağlanmasını tələb edib.

Ərbil hava limanı sentyabrın 11-i partlayıcılarla dolu dron hücumu da daxil olmaqla, son aylarda dəfələrlə hücumlara məruz qalıb. Kürd rəsmiləri hücumun kimlər tərəfindən edildiyini açıqlamasalar da, ABŞ rəsmiləri bundan əvvəlki hücumlarda İranın dəstəklədiyi İraqın yarı-hərbi şiə qruplarını günahlandırıb.

İranın kürd rəsmiləri xarici dəstək ittihamlarını rədd edir və ABŞ-ın Əfqanıstandan geri çəkilməsindən sonra İran hökumətinin cəsarətləndiyini, İraq və Kürdüstan bölgəsində nüfuzunu artırmağa çalışdığını deyir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button