2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İran: Mədən partlayışından sonra 50-dən çox adam yer altında qalıb

İranın Gülüstan vilayətində yerləşən mədəndə baş vermiş partlayşın nəticəsində 50-dən çox adam yer altında qalıb, İran dövlət mediası deyir.

İranın şimalındakı Gülüstan vilayətində yerləşən Zemestan Yurt mədənindəki partlayşın nəticəsində ən azı 2 nəfərin öldüyü və 25 nəfərin xəsarət aldığı bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bir təcili yardım işçisi 16 nəfərin xilas edildiyini deyib.

Bəzi mənbələrə əsasən hadisə yük maşınının motoru işə düşərkən qaz partlaması nəticəsində baş verib.

İranını təcili yardım xidmətlərinin rəhbəri Pirhüseyin Kolivand, xəbər agentliklərinə mədəndə qalan adamların sayının daha da böyük olması ehtimalının olduğunu deyib.

O, mədənin bir hissəsində 40 nəfərin və başqa bir hissəsində isə təxminən eyni sayda adamın qaldığını deyir.

O, 12 mədənçinin özlərini xəsarətsiz qurtara bildiklərini və 4 mədənçinin xəsarət aldıqlarına görə xəstəxanaya aparıldıqlarını bildirib.

Xilasetmə əməliyyatlarının mədənin tünellərində qazın mövcüd olması barədə qorxulara görə gecikdiyi deyilir.

Vilayətin təcili yardım xidmətlərinin rəhbər müavini Həmidreza Montazeri İranın Press televiziyasına xilasetmə əməliyyatında işləyənlərdən 25 nəfərin qazla nəfəs aldıqları üçün xəstəxanada müalicə olunduqlarını deyib.

Yerli media mədəndə təxminən 500 mədənçinin işlədiyini və partlayışın yerli vaxtla təxminən saat 12:45-də işçilər arasında yerdəyişçmə keçirilərkən baş verdiyi deyir.

2016-cı ildə 1,68 milyon ton kömür istehsal edən İran, bu kömürü əsasən yerli polad istehsalı üçün istifadə edir. (BBC azeri)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button