2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

İran mollalarının uduzduğu müğənni…

Emil Salamoğlu yazır…

 Mollalar Paşayiyə, 03 isə 30-a qarşı… 

 

Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?

Saytların yığılması Saytlarin yigilmasi

Vaqif Səmədoğlu 

 

…Bu, Nitsşenin çox işlənmiş, di gəl həmişə dəbdə olan fikridir ki, insan aktyorlar kimidir, səhnəni vaxtında tərk etməlidir.

Və o da həqiqətdir ki, Tanrının görüşünə gecikmələr olmur. Yəni “vaxtında ölmək lazımdır” qışqıranlar haqlı çıxdılar. Dənizgəzmişsayağı: “Əsas çox yaşamaq deyil, yaşadığın müddətdə çox iş görə bilməkdir”.

***

“Mənim üçün sevgi birtərəfli küçədir” oxuyan Murtuza Paşayinin ölümü də nakam, qısa ömürdə çox iş görərək sənətkarın zamanında Yerlə vidalaşması idi.

1

Yaradıcılığın zirvəsində, ömrün qızıl dövründə səni sevən milyonları göz yaşları içində qoyub gedirsən. Paşayinin ölümü xalq hərəkatıydı.

Və o, ölümü ilə İran mollalarına dirsək göstərməyi bacardı…

Mühafizəkarlar və keçmişin qalıqlarından qopmayanlar düşüncə düşmənləridir. Bu geridəqalmışlar bütün xalqları cəhhənəmə aparıb; ədəbiyyatını, incəsənətini, teatr, kino, musiqisini linç edib.

Onların beynindəki qəlibləri dağılmır. Xalqın istəklərinə qarşı gedənlərin zəhərli beyinlərini yumaq da nonsensdir, Maosayağı edam etmək də…

Gənc sənətçi Murtuza Paşayinin bir ildən artıq xərçəng xəstəliyi ilə mübarizədə acı məğlubiyyətdən sonra İran xalqı ilk dəfə ayaqlandı. Paşaini sevən gənclik Tehran xəstəxanasının önünə axışdı və sonra ölüm xəbəri yayıldıqca ölkənin bütün şəhərlərində kütləvi nümayişlərlə müşayiət olundu.

***

2

İsfahan, Şiraz, Məşhəd, Təbriz, Həmədan kimi şəhərlərin küçələri on minlərlə insanın mitinq meydanına çevrilir: xalq gənc övladının ölümünü kütləvi etirazlara çevirir, paytaxt Tehran küçələrində Paşayinin mahnıları izdihamın müşaiyəti ilə xorla oxunur.

İran İnqilab Keşişçiləri ordusu su şırnağı və gözyaşardıcı qazla aksiyaları dağıdır. Bu  mitinqlər məhz geridəqalmışlarla mədəni inqilabçıların toqquşma meydanıydı. İsfahanda ordu sənətçi üçün yandırılan şamları da təpikləyərək söndürür – xalqın işıqlı düşüncəsinə atılmış təpik!!!

“Ayrılıq” filminin (Nadirin Simindən ayrılması) Oskar mükafatlı rejissoru Əsgər Fərhadi: “Nə hiss edə bilərəm? Ölüm xəbəri bu səhər saat 10-da atasından öyrəndim.

Milyonlarla insan Murtuza yaşasın deyə dua elədi…O da yaşadı. Ölümsüzlük budur, görürsünüzmü? İranın bütün şəhərlərindən, xaricdən onu sevənlər vida mərasiminə axışır”.

3

***

İranda Xomeyninin ölümündən bu yana ən izdihamlı cənazə mərasimi məhz sənətçi Paşayiyə qismət oldu. O, ifası, geyimi ilə İran gəncliyinin ən yeni simvoluna çevrilə bilmişdi.

Və ölkənin istər liberal, istərsə mühafizəkar gəncliyi Tehran küçələrində onun ilk vaxtlarda İran İslam Respublikası tərəfindən qadağan olunmuş “Çıxılmaz küçə” mahnısını göz yaşları içərisində oxuyurlar. Xalq oğlunu yola salır…

Murtuza Paşayi 1984-cü il təvəllüdlüdür. Dopdolu 30 il ömür sürür və 2014-cü ildə ağır xəstəlikdən dünyasını dəyişir. Sənətçi gecə 03 radələrində 30 yaşında gözlərini əbədi yumur. Mollalar Paşayiyə (sənətə), saat 03 isə 30 yaşa qarşı savaşır.

4

***

Mən onu uzun müddətdir ki dinləyirəm. İran musiqisində özüm üçün yeni kəşf sayıram. Fars musiqisində Möhsün Namjodan Moeinə, Əli Zənddən Amin Bəniyə qədər koloritli adlar çəkmək olar.

Ah-naləli səsi olan Paşayi isə bir başqadır. O, vaxtında səhnəni tərk edir, sevənlərinin qəlbində heykəlini ucaldır, qara paltarlı qadınları gözü yaşlı buraxır. Onun səsi və mahnıları isə adamı yormur, amma incidir: “Mənim üçün sevgi birtərəfli küçədir, əgər getsən ölərəm…”

24saat.org

5 6 7 8 9

https://www.youtube.com/watch?v=b7i35J7JsGE

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button