İran nüvə aliminin qətlində İsrailin əli olmasından şübhələnir


İranın Müdafiə Nazirliyi noyabrın 27-də bildirib ki, ölkənin görkəmli nüvə alimi Mohsen Fəxrizadə “silahlı terrorçuların” hücumu nəticəsində aldığı yaralardan xəstəxanada vəfat edib.

Bəyanatda deyilir ki, hücum edənlər alimin getdiyi maşını hədəflədikdən sonra Fəxrizadə ciddi yaralanıb, basqınçılar isə alimin mühafizə dəstəsi ilə atışmanı davam etdiriblər.

Məlumatda bu da deyilir ki, Müdafiə Nazirliyinin tədqiqat və innovasiya təşkilatına rəhbərlik edən Fəxrizadə həkimlərin onu reanimasiya etmək cəhdləri alınmayandan sonra “şəhid” olub:

“Təəssüf ki, həkimlər komandası onu özünə gətirə bilməyib və alim illərlə davam edən fəaliyyət və mübarizəsindən sonra şəhidlik zirvəsinə ucalıb”.

İranın müdafiə naziri Əmir Hatəmi deyib ki, bu qətl düşmənlərin İran İslam Respublikasına düşmənçilik hisslərinin dərinliyini göstərib.

Xarici işlər naziri Məhəmməd Cavad Zərif isə bildirib ki, bu qətldə “İsrailin rolu olduğunu göstərən ciddi əlamətlər” var.

Nazir habelə beynəlxalq icmanı ikili standartlardan əl çəkməyə və bu “dövlət terror aktını” pisləməyə çağırıb.

 

“Bu adı yadda saxlayın”

İsrail Fəxrizadənin ölümü ilə bağlı hələki heç bir şərh verməyib, amma İsrailin baş naziri Benyamin Netanyahu bir dəfə mətbuat konfransında “bu adı yadda saxlayın” demişdi.

Son onillikdə qətlə yetirilmiş İran nüvə alimlərinin ölümündə İsrailin əli olduğuna dair ehtimallar var.

Pentaqon da Fəxrizadənin ölümü ilə bağlı Reuters agentliyinin sorğusuna cavab verməyib.

İranın yarırəsmi Fars agentliyinin məlumatına görə hücum Tehranın şərqindəki kiçik Absard qəsəbəsində baş verib.

Hadisənin şahidləri əvvəlcə partlayış, sonra isə atışma səsləri eşidiblər. Agentlik bildirir ki, hücumun hədəfi Fəxrizadənin içində olduğu avtomobil idi.

Fəxrizadə İranın Aməd (Ümid) adlı dövlət proqramına rəhbərlik edirdi.

İsrail və Qərb iddia edirdilər ki, bu proqram İranda nüvə silahının yaradılması istiqamətində fəaliyyət göstərir.

Tehran israr edir ki, onun nüvə proqramı sırf dınc səciyyə daşıyır.

BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə Aməd proqramı 2000-ci illərin əvvəllərində başa çatıb.

24saat.org

Mənbə – azadliq.org

Müzakirə mövzusu - post

SON XƏBƏRLƏR

Kateqoriyalar

Hava

Baku, Azerbaijan
Bazar, Yanvar 17, 2021
Cloudy
7 ° c
95%
6.21mh
-%
5 c 2 c
Be
3 c 1 c
Ça
2 c 0 c
Ç
4 c 0 c
Ca

Seçmə