2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İran nüvə danışıqlarına ‘çox tezliklə’ qayıdacağını deyir

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bəyan edib ki, Tehran 2015-ci il nüvə sazişinin dirçəldilməsinə dair danışıqlara “çox tezliklə” qayıdacaq.

Sentyabrın 24-də BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən sessiyasının əsnasında Əmir-Abdullahian həmçinin İran və Səudiyyə rəsmiləri arasında mükalimənin “konstruktiv” olduğunu və İranın Yəməndə sülhə nail olunması üçün dinamik təkliflər irəli sürdüyünü deyib.

İran 2015-ci il sazişinin bərpası üçün dünya gücləri ilə bu il Vyanada keçirilən danışıqların 6 raundunda iştirak edib.

Saytların yığılması Saytlarin yigilmasi

Tarixi 2015-ci il sazişi keçmiş prezident Donald Tramp 2018-ci ildə öz ölkəsini bu razılaşmadan birtərəfli qaydada çıxardıqdan sonra qeyri-müəyyənliyə düşüb.

Lakin Vyana danışıqları İranda iyun ayında mühafizəkar İbrahim Rəisi prezident olandan bəri dayandırılıb.

Yüksək vəzifəli ABŞ rəsmilərindən biri sentyabrın 23-də İran hökumətindən danışıqlara qayıtmaq üçün heç bir hərəkət görünmədiyini deyib.

Adının çəkilməsini istəməyən həmin rəsmi bunu da demişdi ki, Tehran Vyana danışıqlarında yeni administrasiyanın baş danışıqçısının kim olacağını da bildirməyib.

İran “narahat olmasınlar” deyir

Lakin sentyabrın 24-də İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Tehranın danışıqlara gəlmək istəməməsinə dair iddiaları rədd edib.

O IRNA agentliyinə deyib:

“Biz danışıqlar masasını tərk etmək niyyətində deyilik. Biz ölkəmizin hüquq və maraqlarına cavab verən danışıqlarda iştirakımızı mütləq davam etdirəcəyik”.

Əmir-Abdullahianın bu bəyanatından əvvəl prezident Rəisi BMT Baş Assambleyasındakı video çıxışında bəyan etmişdi ki, Tehran ölkə üzərindəki ABŞ sanksiyalarının qaldırılması ilə nəticələnəcək danışıqlarda iştirak etmək istəyir.

İran prezidenti bildirmişdi ki, Tehran “son nəticəsi bütün əzici sanksiyaların qaldırılması” olacaq danışıqlara tərəfdardır.

Elə həmin gün, sentyabrın 21-də ABŞ prezidenti Co Bayden Baş Assambleyadakı çıxışında ölkəsinin 2015-ci il sazişinə qayıtmaq istədiyini bəyan edib.

Lakin Bayden bildirib ki, bunun üçün Tehran da sözü gedən saziş üzrə öhdəliklərinə qayıtmalıdır.

ABŞ prezidenti əlavə etmişdi ki, İranla diplomatik danışıqlar davam etdiriləcək.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button