2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İran peyk buraxılış raketini uğurla sınaqdan keçirdiyini bildirir

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) üç mərhələli Ghaem-100 peyk daşıyıcısının ilk suborbital mərhələsini uğurla sınaqdan keçirdiyini bildirib. Bu barədə lRNA dövlət xəbər agentliyi məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Fars” agentliyinin məlumatına görə, üç mərhələli bərk yanacaq daşıyıcı olan raket 80 kiloqram ağırlığında peykləri aşağı Yer orbitinə çıxarmağa qadirdir.

Məlumatda o da vurğulanır ki, yaxın vaxtlarda İİKK yeni raketdən istifadə etməklə “Nahid” (“Venera”) telekommunikasiya peykinin kosmosa buraxılmasını planlaşdırır.

İran kosmosa bir neçə peyk çıxararaq və suborbital uçuşa meymunu göndərərək onu Yerə qaytarmağa nail olmaqla, kosmos və raket proqramlarını fəal şəkildə inkişaf etdirir.

İran öz proqramının dinc xarakterli olmasında israr edir, lakin bir çox Qərb ölkələri Tehranı qitələrarası ballistik raketlər hazırlamaqda şübhəli bilir.

ABŞ isə İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı hesab edir.

Raket sınağı ölkədə aylardır davam edən etirazlar fonunda baş verib. İnsan haqları təşkilatları bildirirlər ki, etirazlar və onların dağıdılması zamanı indiyə azı 300 nəfər ölüb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button