2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İran polisi miqrantları atəşə tutdu – Ölənlər var

İran polisləri miqrantla dolu yük maşınına atəş açıblar. ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində 6 nəfər ölüb, 18 nəfər isə yaralanıb.

İnsidentin İranın şərqində Refsencan dairəsində baş verdiyi deyilir. Məlumata görə, qeyri-leqal miqrantla dolu yük maşını Əfqanıstandan gəlirmiş.

Yerli polis rəisi Alizar Palivar jurnalistlərə açıqlamasında qeyd edib ki, polislər yük maşınını səhralıqda hərəkət edərkən görüblər. Daha sonra polislər maşını saxlamaq istəsələr də, sürücü onu saxlamaqdan imtina edib. Elə bundan sonra yük maşınına atəş açılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Avtomobil dayandıqdan sonra polislər onun içərisində ölən və yaralananların olduğunu aşkar ediblər. Məlum olub ki, onlar Əfqanıstandan gələn 20-30 yaş arası miqrantlar olub.

Hakimiyyət orqanlarının məlumatına görə, İranda Əfqanıstandan gələn 1,5 milyondan çox rəsmi miqrantlarla yanaşı, eyni sayda qeyri-rəsmi miqrantlar da var.

Analoji hadisə ötən ilin dekabrında da baş verib. Malinin şimalında naməlum silahlılar afrikalı miqrantları daşıyan yük maşınını atəşə tutub. Hadisə nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

İnsident Tabankort və Anefis yaşayış məntəqələrinin arasında qeydə alınıb. Yük maşınında Əlcəzairə yollanan Mali, Qvineya, Niger, Nigeriya və digər ölkələrin vətəndaşları olub.

BMT-nin Malidəki sülhməramlı missiyasının (MINUSMA) məlumatına əsasən, yaralılar helikopterlərlə Qao şəhərinə çatdırılıb. Onlardan 5-i Mali, 1 isə Qvineya vətəndaşı olub

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button