2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İran Prezidenti İlham Əliyevə zəng edib

Yayımlandı: 29 Yanvar 2023 16:42

İbrahim Rəisi səfirliyə hücumla bağlı Azərbaycan Prezidentinə başsağlığı verib

Yanvarın 28-də İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Azərbaycanın Prezidenti İlham Əliyevə zəng edib.

Saytların yığılması Saytlarin yigilmasi

İbrahim Rəisi Tehrandakı səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə və mərhumun ailəsinə başsağlığı verib və yaralananların tezliklə şəfa tapmasını arzulayıb.

Bu barədə “president.az” məlumat yayıb.

Qeyd olunur ki, dövlət başçısı İlham Əliyevin səfirliyə qarşı törədilmiş terror aktını şiddətlə qınayıb:

“Əliyev qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib. Həmçinin İlham Əliyev istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb”.

“Ölkə başçısı səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini bildirib. İlham Əliyev terrorçu tərk-silah olunmasaydı, səfirliyin digər əməkdaşlarını və onların səfirlik binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini deyib”, – deyə əlavə olunub.

Dövlət başçısı diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.

İbrahim Rəisi isə deyib ki, İran və Azərbaycan hökumətləri münasibətlərinin iki xalqın bədxahlarının eyhamlarının təsirinə düşməsinə imkan vermir.

Bu barədə İran mənbələrinin məlumatında bildirilib:

“İran Prezidenti Azərbaycan xalqına və hökumətinə başsağlığı verib. İran və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin qırılmaz mədəni və tarixi bağlara əsaslandığını deyən Rəisi əlavə edib ki, İran və Azərbaycan hökumətləri onların münasibətlərinin bədxahların təlqinlərinin təsiri altına düşməsinə icazə vermirlər. Əliyev isə öz növbəsində Azərbaycana rəğbətini ifadə etdiyinə görə İran prezidentinə təşəkkür edib və deyib ki, bu, gözlənilməz cinayətdir, lakin iki ölkənin bu sahədə əməkdaşlığı o qədər güclü olmalıdır ki, heç kim iki ölkə arasında dostluq münasibətlərini pozmağa imkan tapmasın“.  

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Hücum edən Yasin Hüseynzadə mühafizə xidmətinin rəisi Orxan Əsgərovu ölüdürüb, 2 nəfəri isə yaralayıb.

Səfirliyin təhlükəsizlik əməkdaşı Vasif Tağıyev Yasin Hüseynzadəni zərərsizləşdirib.

Yasin Hüseynzadə bu hücumu həyat yoldaşının 9 aydır ki, səfirlikdə saxlanılması ilə izah etsə də, Azərbaycan rəsmi orqanları onun dediklərini rədd edib.

Hadisəni terror adlandıran Azərbaycan XİN elə həmin gün İranın Bakıdakı səfiri Abbas Musəvi nazirliyə çağırıb.

Görüşdə Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu deyilib. Həmçinin “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu səfirin diqqətinə çatdırılıb.

Dövlət Təhlükəsizlik Xidməti Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi açıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button