AZ24SAAT.ORG

Now Reading:
İran prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb

İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başlayıb.

APA-nın xəbərinə görə, İran nümayəndə heyətinə İran xarici işlər naziri, neft naziri, sənaye, mədən və ticarət naziri, idman və gənclər naziri, İran prezident aparatının rəhbəri və nəqliyyat naziri daxildir.

İkigünlük səfər çərçivəsində İran və Azərbaycan prezidentləri arasında təkbətək və geniş tərkibdə görüş keçiriləcək. Səfər zamanı iki ölkə arasında sənaye, kənd təsərrüfatı, səhiyyə və turizm sahələrində sənədlərin imzalanacağı gözlənilir.

Martın 29-da prezidentlər Neftçalada avtomobil zavodu və Astara-Astara dəmiryolu xəttinin açılışında iştirak edəcəklər.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.