2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İran prezidentinin Çinə səfəri başlanıb

İran prezidenti İbrahim Rəisi fevralın 14-də Mərkəzi Bankın müdiri, habelə ticarət, iqtisadiyyat və neft nazirləri də daxil böyük nümayəndə heyəti ilə Çinə üçgünlük səfərə gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Xəbər verilir ki, Rəisi Çin prezidenti Si Tsinpinlə bir sıra “əməkdaşlıq sənədləri” imzalayacaq.

İran və Çin arasında, xüsusilə də enerji, tranzit, kənd təsərrüfatı, ticarət və investisiya sahələrində sıx əməkdaşlıq var və iki ölkə 2021-ci ildə 25 il müddətinə “strateji əməkdaşlıq paktı” imzalayıb.

Hər iki ölkə Rusiyanın Ukraynaya müdaxiləsi məsələsində tutduqları mövqeyə görə Qərbin təzyiqi altındadırlar.

Bundan başqa İranın üzərində Tehranın nüvə proqramına görə ağır ABŞ sanksiyaları var.

Ukrayna müharibəsinə münasibət

İran Ukraynaya müdaxiləsinə görə beynəlxalq aləmdə getdikcə daha çox təklənən Rusiyanın azsaylı müttəfiqlərindən biridir.

Qərb ölkələri Tehranı Rusiyaya Ukraynada istifadə etməsi üçün döyüş dronları ilə təchiz etməkdə ittiham edirlər.

Vaşinqton ötən dekabr ayında bildirmişdi ki, Moskva və Tehran arasında helikopterlər, döyüş təyyarələri və dronlar sahəsində geniş əməkdaşlıq mövcuddur.

ABŞ Rusiyaya dronlar verməsinə görə artıq İrana yeni sanksiyalar elan edib.

Moskvanın Ukraynaya müdaxiləsi Pekin üçün həssas məsələdir və o Rusiyaya diplomatik dəstək versə də, özü ilə bu müharibə arasında məsafə saxlamağa çalışır.

AFP yazır ki, Rəisi və Si ilk dəfə ötən sentyabrda Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçirilən sammitində görüşmüşdülər.

Amma Rəisinin indiki səfəri son 20 ildə İran başçısının Pekinə ilk dövlət səfəridir.

Ən böyük partnyor

İranın dövlət IRNA agentliyinin xəbərinə görə Rəisi habelə Çin biznesmenləri və Çində yaşayan iranlılarla görüşlər keçirəcək.

Çin İranın ən böyük ticarət partnyorudur. Son 10 ayın statistik məlumatlarına görə Tehran Pekinə 12.6 milyard dollarlıq mallar ixrac edib və Çindən 12.7 milyard dollarlıq mallar alıb.

Bu səfərdə Rəisini İranın xarici işlər, iqtisadiyyat, yollar və nəqliyyat, neft, mədən sənayesi, ticarət və kənd təsərrüfatı nazirləri müşayiət edirlər.

Nümayəndə heyətinə İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini və Tehranın baş nüvə danışıqçısı Əli Bağeri də daxildir.

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə Rəisi habelə baş nazir Li Keqianq və Çin məclisinin spikeri Li Janşu ilə görüşəcək.

Çin XİN-in sözçüsü deyib ki, Pekin və Tehran arasında “ənənəvi dostluq” və “strateji əməkdaşlıq” mövcuddur.

24 saat” “
İran prezidentinin Çinə səfəri başlanıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button