2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SiyasətXəbərlər

İran Qarabağ separatçıları ilə əməkdaşlığını açıq elan etdi və Bakını təhdid etməkdə davam edir

Bakı / 03.10.21 / Turan: Bir neçə gündür İranda davam edən anti-Azərbaycan xorunun “dirijoru”  bazar günü axırki peyda oldu. Gözlənildiyi kimi, ölkənin dini lideri Əli Xamneyi Bakıya qarşı irəli sürülən ittihamların müəllifi olduğunu göstərdi.

Hərbi məktəb məzunları qarşısında çıxış edən İran lideri belə dedi: “İranın şimal-qərbində,   bəzi qonşu ölkələrdə baş verən hadisələr, xaricilərin hərbi iştirakı olmadan həll edilməlidir. Hamı xatırlasın ki, kimsə qardaşları üçün quyu qazarsa, özü ora düşər”.

“Təhlükəsizliyini başqasının hesabına təmin edə biləcəyini düşünən, tezliklə bunun üçün bir şapalaq alacağını bildirsin” – dedi.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda Xamnei  heç bir ölkənin adını çəkmədi və yalnız Əfqanıstanda və Avropada uğursuzluğa səbəb olan Amerikanı söydü. 

Xameninin çıxışlarından dərhal sonra Iranın xarici işlər naziri Abdollahiyan danışdı.
Yerli televiziyaya verdiyi müsahibədə, “İran sərhədləri yaxınlığında saxta sionist rejimin varlığına və onun təxribatçı hərəkətlərinə, bölgə və sərhədlərindəki geosiyasi dəyişikliklərə heç vaxt dözməyəcəyik” dedi.

“Dağlıq Qarabağın azad edilməsindən sonra xoşagəlməz hadisələr baş verdi … İsrail bu fürsətdən istifadə edərək Azərbaycanın bir sıra bölgələrində yer alaraq, İranın sərhədlərinə yaxınlaşmağa çalışdı. Biz bunu diplomatik kanallarla  Azərbaycan hakimiyyətinə elan etdik”.

Nəhayət, nazir Tehranın narazılığının əsl səbəbini açıqlad: “İranin Ermənistana və Dağlıq Qarabağa yanacag tədarükünun  Azərbaycan tərəfdən blokadası yolverilməzdi” – dedi.

“Biz Azərbaycan Respublikasındakı vəziyyəti anlayırıq və xarici müdaxilələrdən, o cümlədən ölkədə sionistlərin və terrorçuların olmasıdan xəbərdarıq. Gələcəkdə bunun Bakı üçün problemə çevriləcəyindən narahatıq” dedi. 

Nazir, “Azərbaycan Respublikası sərhədində hərbi təlimlər keçirərək bölgədəki sionistlərə və terrorçulara bir siqnal ötürdük” dedi.

Beləliklə İranın xarici işlər naziri Tehranın  Qarabağa yanacaq tədarük etdiyini rəsmən təsdiqlədi. Beləliklə, Iran açıq şəkildə göstərdi ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanıması ilə bağlı bəyanatlar tam riyakarlıqdır. Tehran rejimi bir daha göstərdi ki, qoyun dərisində canavardır, məkrli və alçaq düşməndir. -02B-

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button