2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İran qonşularını ‘Trampdan sonrakı dövrdə’ dialoqa çağırır


ABŞ-da keçirilən prezident seçkisində Donald Trampın məğlubiyyətinin ardınca İran, qonşusu olan ölkələri dialoqa çağırıb.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin noyabrn 9-da yazdığı tvitdə deyilir:

“Tramp 70 gündən sonra çıxıb gedir. Amma biz əbədi olaraq birlikdə qalacağıq. Biz qonşularımızı aralarındakı ixtilafların çözülməsi üçün dialoqa çağırırıq. Hamımız üçün daha yaxşı gələcəyi biz yalnız birlikdə qura bilərik”.

Saytların yığılması Saytlarin yigilmasi

 

AzadlıqRadiosu yazır ki, şiə müsəlman ölkəsi olan İranın Fars körfəzindəki qonşuları – xüsusilə də Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri Trampın prezidentlik illərində daha da pisləşib.

Tramp ABŞ-ı birtərəfli qaydada 2015-ci il nüvə razılaşmasından çıxarıb. Bu saziş İran və dünyanın 6 gücü arasında imzalanmışdı və nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində Tehranın üzərindəki sanksiyaları qaldırmalıydı.

ABŞ bu razılaşmadan çıxdıqdan sonra Vaşinqton İran üzərinə sanksiyalarını bərpa edib.

 

“Maksimum təzyiq” bəhrə verməyib

Tramp 2018-ci ildən bəri İrana qarşı “sıfır dözümlülük” siyasəti yürüdürdü.

Buna baxmayaraq ABŞ İran üzərinə “maksimum təzyiq” siyasəti ilə istədiyinə nail ola bilməyib.

İran yeni nüvə sazişi üçün Tramp administrasiyasının danışıqlar təklifindən imtina edib.

Tehran ABŞ-ın sanksiyalarına cavab olaraq 2015-ci il nüvə sazişi üzrə öhdəliklərindən tədricən geri çəkilib.

İran bildirib ki, ABŞ nüvə sazişinə qayıtmasını bəyan edərsə, o da nüvə sazişi üzrə öhdəliklərinə qayıtmağa hazırdır.

Trampdan əvvəlki prezident Barak Obama administrasiyasında vitse-prezident olmuş Co Bayden deyib ki, o ABŞ-ı nüvə sazişinə qaytarmaq niyyətindədir.

Bayden ötən sentyabrda yazırdı ki, “biz təcili olaraq kursu dəyişməli və İran qarşılıqlı addımlara hazır olarsa diplomatik yolu bərpa etməliyik”.

İranın ISNA xəbər agentliyi Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadəyə istinadən yazır ki, Tehran ABŞ barədə realist mövqe tutur, şayiələrə və media təhlilinə yox, real addımlara diqqət yetirir”.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button