2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İran: Rial düşür, etirazlar davam edir, İsrail hədələyir

İranda Tehranın Qərblə uğursuz nüvə danışıqlarına görə üzləşdiyi iqtisadi çətinliklərin və antihökumət etirazlarının davam etdiyi bir dövrdə ölkənin milli valyutası – rialın kəskin devalvasiyası müşahidə olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Dekabrın 29-da verilən xəbərlərə görə rial ABŞ dollarına nisbətdə ən ucuz həddinə enib.

Dekabrın 28-də 1 dollar 440,000 riala bərabər olub. Bonbast.com xarici valyuta saytının məlumatına görə bir ay əvvəl bu rəqəm 1 dollar üçün 360,000 rial idi.

Bu da xəbər verilir ki, milli valyutanın ucuzlaşmaqda davam etdiyi bir vaxtda iranlılar pullarını dollar və avroya mübadilə etməyə çalışırlar.

Reuters bildirir ki, rialın qiymərdən düşməsi həm ölkədə davam edən etirazlar, həm də İranın dünya gücləri ilə 2015-ci ildə imzaladığı nüvə sazişinin dirçəlməsinə olan ümidlərin öləziməsi ilə bağlıdır.

Bu sazişin dirçəldilməsi üçün danışıqlar aprel ayında başlanmışdı, lakin çox tezliklə İranın davranışının Qərb tərəfindən tənqid olunması ilə dalana düşdü.

Dekabrın 28-də İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahian Maskat şəhərində Oman sultanı Heysəm bin Tariqlə görüşəndən sonra şayiələr dolaşırdı ki, sultan nüvə danışıqlarının bərpasında vasitəçi ola bilər.

Lakin elə həmin gün 2015-ci il sazişinin imza tərəflərindən biri olan Almaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger deyib ki, Berlin danışıqların bərpa olunmasında məna görmür.

“İki-üç ildən sonra siz…”

Bu arada İsralin müdafiə naziri bildirib ki, onun ölkəsi İranın nüvə obyektlərinə hücum edə bilər.

ABŞ 2015-ci il sazişindən 2018-ci ildə birtərəfli qaydada çıxdıqdan sonra Tehran da bu saziş üzrə öhdəliklərindən geri çəkilib və uranın zənginləşdirilməsi dərəcəsini artırıb.

Tehran onun nüvə proqramının dinc səciyyə daşıdığında israr etsə də, atom bombası istehsal etmək qabiliyyətinə son dərəcə yaxınlaşıb.

Ekspertlər deyirlər ki, İran potensial baxımdan nüvə materialının saflığını silah istehsalına imkan verəcək səviyyəyə çatdıra bilər, amma onun nüvə başlığı daşıya biləcək raketlər tikməsinə illərlə vaxt lazım gələcək.

İsrailin müdafiə naziri Beni Qantz ölkə hərbi hava qüvvələri məktəbinin məzun kadetləri qarşısında etdiyi çıxışda deyib:

“İki-üç il müddətində siz səmaya qalxıb şərq istiqamətində uçmalı, İranın nüvə obyektlərinə zərbələr endirməli ola bilərsiniz”.

Ekspertlər: İsrailin hələki belə qüdrəti yoxdur

Reuters-in yazdığına görə İsrail artıq on ilə yaxın müddətdə bu və ya digər şəkildə İranın nüvə obyektlərinə zərbə endirə biləcəyi ilə hədələyir, lakin ekspertlərin fikrincə bunu etmək üçün onun kifayət qədər hərbi qüdrəti yoxdur.

Ekspertlər deyirlər ki, bu obyektlər İsraildən uzaqda və pərakəndə coğrafiyada yerləşir, üstəlik də hava hücumundan etibarlı müdafiə olunur.

İsrail kəşfiyyatının 2023-cü il üçün proqnozlarına görə İran nüvə silahı əldə olunmasına doğru tədrici irəliləyişini davam etdirəcək.

24 saat” “
İran: Rial düşür, etirazlar davam edir, İsrail hədələyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button