2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İran səfiri Şahin Mustafayevlə sərhəd yolunda vəziyyəti müzakirə edib

Bakı/18.09.21 İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycan hökumətinin baş nazir müavini Şahin Mustafayev ilə görüşüb.

“Görüş zamanı regionda cari dəyişikliklər, xüsusilə Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarında yeni vəziyyət, Qorus-Qafan yolunda yeni nəqliyyat şəraiti, eləcə də bununla bağlı digər məsələlər müzakirə olunub”, – Tvitterdə İran səfirliyinin məlumatında bildirilir.

Qeyd edək ki, Mustafayev həm də Azərbaycan-İran iqtisadi əməkdaşlıq üzrə dövlətlərarası komissiyanın həmsədridir.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan öncə bir həftə ərzində Musəvi Azərbaycan prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyevin iki dəfə qəbulunda olub.

Hələ avqustun 11-də Azərbaycan Xarici İşlər Nazirliyi İran avtomobillərinin Qarabağda separatçı rejimin qalıqları üçün yüklərin qanunsuz daşınması ilə bağlı Musəviyə nota təqdim edib. Lakin Azərbaycan tərəfinin narahatlığı nəzərə alınmayıb və daşımalar davam edib. Bununla əlaqədar Azərbaycan İran maşınlarını gömrük yoxlamasına cəlb etməyə və Qorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində onlardan rüsum almağa başlayıb.- 06B-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button