2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

İran sərnişin təyyarəsinin vurulmasını etiraf etdi-yenilənib

Tehran bu faciəyə görə günahkarların məsuliyyətə cəlb olunacağını bəyan edib.

Prezident və xarici işlər nazirinin etiraf və üzr istəməsindən sonra İran İnqilab Keşikçilərinin komandiri Amirali Hajizadeh də aerokosmik bölmənin Ukraynanın sərnişin təyyarəsini səhvən vurduğuna görə ‘tam məsuliyyəti’ qəbul etdiyini söyləyib.

Yanvarın 11-də keirdiyi xüsusi mətbuat konfransında Amirali Hajizadeh deyib ki, Hava Hücümundan Müdafiə sistemi sərnişin təyyarəsini qanadlı raket kimi qəbul edib.

“Hava Hücumundan Müdafiə sistemi yanvarın 7-si axşam saat 9 radələrində, hadisədən bir neçə saat əvvəl İran İnqilab Keşikçilərinin bazasında yerləşdirilib. (sərnişin təyyarəsi yanvarın 8-i erkən səhər saatlarında vurulub). Operator hərəkət edən obyekti görüb. Sistem müdaxilə ilə işləyirdi, şəbəkə məşğul idi və kənardan heç bir təsdiqi yox idi. Bu zaman o 5 saniyə ərzində qərar qəbul etməli idi, təəssüf ki, o səhv seçim edib” deyə general etiraf edib.

Saytların yığılması Saytlarin yigilmasi

Главком ВВС иранского Корпуса стражей Исламской революции подтвердил, что украинский “Боинг” был сбит военными КСИР https://t.co/y6Qmjrq9Bs pic.twitter.com/MzhuYkPySy— Настоящее Время (@CurrentTimeTv) January 11, 2020

Tehran bu faciəyə görə günahkarların məsuliyyətə cəlb olunacağını bəyan edib.

***

Bir neçə günlük inkardan sonra Tehran Ukraynaya məxsus sərnişin təyyarəsinin yanvarın 8-də İran hərbçiləri tərəfindən vurulduğunu etiraf edib. Belə bir açıqlama yanvarın 11-də İranın dövlət televiziyasında səsləndirilib. Baş qərargahın verdiyi bu açıqlamada hadisənin “insan səhvi” üzündən baş verdiyi qeyd edilir. Bildirilir ki, hərbçilər sərnişin təyyarəsini İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) “gizli hərbi mərkəzi” nə yönələn “düşmən təyyarəsi” hesab ediblər. Tehran bu faciəyə görə günahkarların məsuliyyətə cəlb olunacağını vurğulayır.

İran prezidenti Hassan Rouhani və Xarici İşlər naziri Mohammad Javad Zarif baş verən hadisəyə görə, üzr istəyiblər.

“Xalqımıza, bütün qurbanların ailələrinə, bütün digər dövlətlərə dərin hüznlə, üzr və başsağlığı veririk.”

Bununla yanaşı iranlı nazir baş verənlərə görə ABŞ-ın məsuliyyət daşıdığını deyib.

“Çox kədərli bir gündür” deyən Zərif Tvitterdə yazıb: “Silahlı Qüvvələrin daxili araşdırmasının ilkin nəticələri: ABŞ avantürizminin yaratdığı böhran zamanı insan səhvi faciəyə səbəb oldu.”

A sad day. Preliminary conclusions of internal investigation by Armed Forces: Human error at time of crisis caused by US adventurism led to disasterOur profound regrets, apologies and condolences to our people, to the families of all victims, and to other affected nations.💔— Javad Zarif (@JZarif) January 11, 2020

Xatırlatma

Ukrayna Beynəlxalq Hava Yollarının müntəzəm PS 52 Tehran-Kiyev reysi ilə uçan təyyarəsi yanvarın 8-də Tehran hava limanından qalxdıqdan az sonra qəzaya uğrayıb. Təyyarədəki 176 nəfərin hamısı həlak olub.

Həlak olanların 82 nəfəri İran, 57 nəfəri Kanada vətəndaşları olub. Ölənlərin arasında Ukrayna, İsveç, Britaniya, Almaniya və Əfqanıstan vətənsdaşları da var.

Ukrayna aviaşirkəti bildirir ki, təyyarə 2016-cı ildə istismara verilmişdi və texniki baxımdan saz idi.

İranın bu açıqlamalarından əvvəl Qərb ekspert və siyasətçiləri təyyarənin Rusya istehsalı olan “Tor-M1” zenit-raket sistemindən atılan raketlə vurulduğunu iddia edirdilər. Bu, 6 ildə ikinci dəfə mülki təyyarənin Rusiya istehsalı olan bir raket tərəfindən vurulduqdan sonra qəzaya uğramasıdır.

24 saat” xəbəri azadlıqRadiosuna istinadən dərc edib

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button