2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İran silahlı qüvvələri Ruhaniyə qarşı

İranın Baş qərargah rəisi Məhəmməd Baqir İran prezidenti Həsən Ruhaninin, dövlət televiziyasında yayımlanan açıq iclasda dediyi sözlərə sərt reaksiya verib. O, Ruhaninin “nüvə müqaviləsini pozmaq üçün mərmilərə şüar yazıb yer altındakı gizli strukturları göstərirlər” sözlərini kəskin tənqid edib.

Prezident Ruhaninin sözlərini tənqid edən Baqir “bir səlahiyyətlinin xalqın gücünün göstəricisi olan mərmiləri nüvə razılaşması kimi kiçik bir mövzuyla əlaqələndirməsi qəbul edilə bilməz” deyıb.

Saytların yığılması Saytlarin yigilmasi

Digər tərəfdən, İran İnqilab Keşikçilərinə bağlı Könüllülər Ordusunun komandiri Qulamhüseyin Qaybperver də Ruhaninin sözlərinə qarşı çıxıb. O, “ölkəmizin hədəflərindən olan şüarların mərmi üzərinə yazılmasının nəyi pisdir, anlaya bilmirəm” deyə bildirib.

İran prezidenti Ruhani prezidentliyə namizədlər arasında həftə sonu dövlət televiziyasında təşkil edilən açıq yayımda müxaliflərinin nüvə müqaviləsini pozmaq istədiyini irəli sürmüş və “mərmi üzərində şüar yazmağı” buna nümunə olaraq göstərmişdi.

Xatırladaq ki, İranda silahlı qüvvələr dini lider Əli Xameneyiyə bağlı olaraq fəaliyyət göstərir.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button