2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İran spikerini ‘rüsvay edən’ fəala iki il iş kəsilib

Fəalın ötən apreldə dərc etdiyi fotolarada Qalibaf ailəsinin bəzi üzvlərinin Türkiyədə alış-verişdən gəldiyi əks olunmuşdu

Saytların yığılması Saytlarin yigilmasi

İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibafın ailə üzvlərinin bahalı bazarlığının fotolarını dərc etmiş blogerə iki il kəsilib və onun media ilə bağlı fəaliyyətinə qadağan qoyulub.

Sosial media fəalı Vahid Əştarinin yaydığı xəbər bir çox İran ailələrinin yoxsulluq içində olduğu bir vaxtda cəmiyyətdə kəskin hiddətə səbəb olmuşdu.

Əştari iyulun 21-də onun barəsində çıxarılmış məhkəmə hökmü ilə bağlı tvit yazıb.

Bu hökmə görə Əştari habelə özünün bütün sosial media hesablarını bağlamalıdır.

Əştari yazır ki, müstəntiq onun işinə heç bir sənədləri nəzərdən keçirmədən baxıb və dərhal da hökm çıxarılıb.

Fəalın ötən apreldə dərc etdiyi fotolarada Qalibaf ailəsinin bəzi üzvlərinin Türkiyədə alış-verişdən gəldiyi əks olunmuşdu.

Ailənin lüks uşaq arabası da daxil, yüklərinin sayı 20-yə çatırdı.

Hakimiyyət çəkişməsi

Bu post dərc edildikdən sonra Türkiyədə başqa bir jurnalist Qalibafın arvadının İstanbulda dəyəri 1.6 milyon dollar olan iki mənzil aldığını xəbər verib.

Qalibafın tərəfdarları iddia edirdilər ki, bu məsələnin faş olmasını spikerin rəqibi olan mühafizəkarlar təşkil ediblər.

Bu da xəbər verilir ki, Əştarinin həqiqətən də prezident Mahmud Əhmədinejadın dövründə İranın baş nüvə danışıqçısı olmuş ifrat mühafizəkar Səid Cəlili ilə bağlılığı var.

Qalibaf aprelin 30-da parlamentdə keçirilən qapalı sessiyada deyib ki, o ailəsinin Türkiyəyə bazarlıq səfərinin əleyhinə olub.

Xəbər verilir ki, ötən ildən bəri mühafizəkar siyasətçilər İran prezidentinin adminsitrasiyasında və parlamentdə vəzifələrə nəzarəti ələ alıblar.

Bəziləri qeyd edirlər ki, Əştarinin həbsi mühafizəkarların arasında yer alan hakimiyyət çəkişməsinin nəticəsidir.

İranda hökumət Telegram da daxil əksər sosial media platformalarını bloklayıb.

Buna baxmayaraq bir çox iranlılar qadağan olunmuş platformalardan istifadəni davam etdirirlər.

24 saat” “
İran spikerini ‘rüsvay edən’ fəala iki il iş kəsilib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button