2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İran tərəfdən dəniz qaçaqmalçılığının qarşısı alınıb

Bakı/18.10.21  Oktyabrın 16-da saat 23:00-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi ölkənin ərazi sularının İran tərəfdən üç qayıq ilə pozulduğunu qeyd edib. Motorlu qayıqlar Azərbaycana doğru hərəkət edib.

Pozucuların tutulması üçün sərhədçilərin kateri göndərilib. Xəbərdarlıq atəşindən sonra pozucular Azərbaycanın ərazi sularını tərk ediblər, qayığın bortunda bir neçə iri bağlama buraxıblar.

Sudan çıxarılmış qutularda 23 780 paket siqaret olub ki, təxmini qiyməti 100 min manatdır. Faktla bağlı araşdırma aparılır, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir. -02D-

Saytların yığılması Saytlarin yigilmasi

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button