2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İran terrorçuları öz ətrafında axtarsın – Azərbaycan XİN

Bakı/11.10.21 Bakı İran XİN başçısının Azərbaycan ərazisində guya “terrorçuların” olması haqqında ittihamlarını qətiyyətlə təkzib edib.

“Əfsuslar olsun ki, İran Xarici İşlər Nazirliyi Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir. Bu kimi ittihamları qətiyyətlə rədd edirik. Biz, 44 günlük müharibə dövründə bəyan etmişdik, indi də növbəti dəfə vurğulayırıq ki, Azərbaycan ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur. Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayıb”, deyə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Livanın Al-Manar telekanalına müsahibəsində İran XİN başçısının ittihamlarını şərh edərkən bildirib.

Azərbaycan öz torpaqlarını şəhidlərinin qanı və canı bahasına işğaldan azad edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 100.000 dən artıq Orduya malik olan Azərbaycanın muzdlulara ehtiyacı yoxdur, deyə diplomat qeyd edib.
“Təəccüblüdür ki, İran tərəfindən müharibə zamanı belə ittihamlar irəli sürülməmiş və müharibədən sonra ölkədə yeni hökumət hakimiyyətə gələnə qədər bu xüsusda heç bir narahatlıq doğuran məsələ olmamışdır”, deyə Abdullayeva bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

O qeyd edib,  bu əsassız ittihamların səbəbi İran yük maşınlarının Qarabağa qanunsuz daxil olmasının qarşısının alınmasıdır. -06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button