Siyasət
İran, Türkiyə və Azərbaycan XİN başçıları Tehranda görüş keçirəcəklər

Bakı/23.09.21 Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində İran və Türkiyə XİN başçıları Azərbaycan XİN başçısının da iştirakı ilə Tehranda ayrıca görüş keçirmək barədə razılığa gəliblər. Bu barədə İranın Tansim agentliyi sentyabrın 23-də məlumat yayıb.
Amma Ankara və Bakı hələlik bu məlumatı təsdiq etməyib. İran mənbələri keçirilməsi ehtimal olunan görüşün mövzusunu da açıqlamır. -02D-
You must log in to post a comment.