2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İran Ukrayna təyyarəsinin vurulduğunu etiraf etdi

Bir neçə günlük inkardan sonra Tehran Ukraynaya məxsus sərnişin təyyarəsinin yanvarın 8-də İran hərbçiləri tərəfindən vurulduğunu etiraf edib. Belə bir açıqlama yanvarın 11-də İranın dövlət televiziyasında səsləndirilib. Baş qərargahın verdiyi bu açıqlamada hadisənin “insan səhvi” üzündən baş verdiyi qeyd edilir. Bildirilir ki, hərbçilər sərnişin təyyarəsini İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) “gizli hərbi mərkəzi” nə yönələn “düşmən təyyarəsi” hesab ediblər. Tehran bu faciəyə görə günahkarların məsuliyyətə cəlb olunacağını vurğulayır.

İran prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif baş verən hadisəyə görə, üzr istəyiblər: “Xalqımıza, bütün qurbanların ailələrinə, bütün digər dövlətlərə dərin hüznlə, üzr və başsağlığı veririk.”

Saytların yığılması Saytlarin yigilmasi

AXCP sədri Əli Kərimli baş verən hadisənin narahat doğurduğunu vurğulayıb. Ə.Kərimli bununla bağlı facebook səhifəsində yazıb: “Üzgünəm və narahatam! İranda vurulmuş Ukrayna təyyarəsində 176 nəfərin ölümünə görə üzgünəm. Ölənlərin arasında xeyli sayda bütöv ailələr də var. Ağır faciədir. Həlak olanların yaxınlarına başsağlığı verirəm.
Narahatam ona görə ki, nüvə silahı yaratmaq ambisiyası olan qonşumuzun silahlı qüvvələri bu boyda səhvə yol verib. Üzgünəm, həm də ona görə ki, bu acı həqiqəti qonşu dövlətin rəhbərliyi yalnız 3 gündən və dünya ictimaiyyəti tərəfindən ortaya təkzibedilməz faktlar qoyulandan sonra etiraf etdi. Faciə nəticəsində həlak olanlara Allah rəhmət eləsin!”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button