2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İran universitetlərində ‘daş dövrü’ qadağaları

Yürüşdən qabaq bir tələbə paltarının qolunun uzunluğu və corablarına görə rəsmi xəbərdarlıq alıb

Saytların yığılması Saytlarin yigilmasi

Koronavirus pandemiyası ilə bağlı iki illik fasilədən sonra İranda onminlərlə tələbə bu ay universitetə qayıdıb. AzadlıqRadiosu-nun müxbiri Gülnaz İsfəndiyari tələbələrin yeni məhdudiyyətlərlə qarşılaşdığını yazır.

Bu tədbirlər, o cümlədən qadın tələbələr üçün hicab qaydalarının sərtləşdirilməsi azı iki universitetdə etirazlara səbəb olub. Tələbələr məhdudiyyətləri misilsiz hesab edir, buna görə avqustda hakimiyyətə gəlmiş Prezident İbrahim Rəisi hökumətini suçlayır.

“Hərbi baza”

Tənqidçilərin fikrincə, qadağaların məqsədi əvvəllər siyasi etirazlar səhnəsinə çevrilmiş universitetlərə hökumətin nəzarətini gücləndirməkdir. Son illər İranda hökumətə etirazlar artır. ABŞ-ın sanksiyaları, illərlə davam edən pis idarəçilik iqtisadiyyata zərbə vurub.

Aprelin 21-də Tehrandakı Əmir Kəbir Universitetində onlarla tələbə yürüşə çıxıb. Onlar yeni məhdudiyyətlərə etiraz bildiriblər, “daş dövrü ideyaları”nın tətbiqinə icazə verməyəcəklərini deyiblər. Etirazçılar onu da deyiblər ki, universitet “hərbi baza”ya çevrilib, mühafizəçilər motosikletlə şəhərcikdə gəzir, qaydaların tətbiqinə nəzarət edirlər.

Yürüşdən qabaq bir tələbə paltarının qolunun uzunluğu və corablarına görə rəsmi xəbərdarlıq alıb. Başqa bir tələbənin isə paltosu qısa hesab edilib, şəhərciyə girişinə icazə verilməyib.

Tələbə birliyinin xəbərdarlığı

Təbriz Tibb Elmlər Universitetində də tələbə etirazı keçirildiyini göstərən video yayılıb.

Tehran Universitetinin tələbə birliyi aprelin 13-də “tələbələrin ləyaqətinə toxunan, müntəzəm tətbiq olunan intizam qaydaları” ilə bağlı xəbərdarlıq edib.

İranda 1979-cu il İslam İnqilabından sonra geyim kodeksi qüvvəyə minib, qadınların ictimaiyyət arasında saçını, bədənini örtməsi tələb edilir. Ancaq bir çox qadınlar bu qaydaya müqavimət göstərir, saçlarını baş örtüyündən kənara çıxarır, daha qısa üst geyimləri geyinir. Son illər bu mənada universitetlərdə xeyli yüngülləşmə vardı.

İsveçdə yaşayan iranlı siyasi fəal Mahidi Gülru Radio Fərda-ya deyib ki, yeni qadağalar hakimiyyətin tələbələrin “görünüşü və ideyalarını tam nəzarətə alması”nın əlamətidir.

Əmir Kəbir Universitetindən bir tələbə Ensafnews.ir xəbər saytına deyib ki, yeni məhdudiyyətlər “universitetin yeni rəsmilərinin siyasətidir”, həmin rəsmilər isə “indiki hökumətin vaxtında təyin olunublar”.

Qadınlar stadiona buraxılmayıb

Mühafizəçilərin universitet ərazisində qaydaların tətbiqinə nəzarət etməsinə gəlincə, tələbələr koronavirus pandemiyasından qabaq belə şeylərin baş vermədiyini deyirlər.

Aprelin 27-də universitetin futbol komandası yerli yarışa qatılmayıb, çünki qadın tələbələrin yarışı izləməsinə icazə verilməyib.

Dini isteblişment qadınları nadir hallarda stadionlara buraxır.

Gülru vaxtilə İranda həbs olunub, fəallığına görə təhsil almasına imkan verilməyib. O, qadağaların vilayətlərdə “daha sərt” olduğunu deyir. Qadın tələbələrin dırnaq boyasına, corablarının uzunluğuna və rənginə fikir verilir.

Onun sözlərinə görə, universitetlər yenidən açılandan siyasi fəallığı ilə seçilən tələbələr çağrılaraq onlara belə fəaliyyətlə məşğul olmamaq tapşırılıb: “Bu, təhsil və kəşfiyyat nazirliklərinin potensial etirazlardan narahat olduğunu göstərir”.

24 saat” “
İran universitetlərində ‘daş dövrü’ qadağaları
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button