2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

İran və Çin üçün “Moskva demarşı”:Putinlə Trampın “böyük sövdələşməsi” kimi qorxudur?

Fyodr Lukyanov

Beynəlxaq icmalçı, “Valday” Beynəlxalq Klubunun elmi direktoru

«Россия в глобальной политике» jurnalı

Saytların yığılması Saytlarin yigilmasi

 

Ötən həftə “Wall Street Journal” ABŞ prezident administrasiyasındakı mənbəsinə istinadən belə məlumat yaydı ki, Vaşinqton Rusiya ilə İranın arasını vurmağa cəhd edəcək. Bu xəbər isə öz nözbəsində müxtəlif müzakirələrə səbəb oldu: Bu müzakirələrdə deyilirdi ki, belə getsə ABŞ Rusiyaya bəzi tərəfdaşlarından uzaqlaşmağı təklif edə bilər.

Tehranla yanaşı təbii ki, burada Pekin də nəzərdə tutulurdu. Bu iki paytaxt indi Tramp və tərəfdarları üçün “əsas zərbə istiqamətidir”.  Halbuki “böyük bazarlıq”, yaxud ABŞ-la Rusiya arasında sövdələşmə mövzusu şaiyədən başqa bir şey deyil. Çünki belə sövdələşmə təkcə bu iki dövlət arasında deyil, dünyada yeni konfiqrasiyanın  yaranması deməkdir.

Bu ritorika, Obamadan fərqli olaraq, Trampın öz biznesmen mahiyyətindən çıxış edərək mütəmadi olaraq bəyan etdiyi “daha əlverişli sövdələşmələrə” hazır olmasından qaynaqlanırdı.  Bu “tacir” yanaşmasının mürəkkəb sahə olan beynəlxalq münasibətlər sistemində nə qədər məqbul sayılması başqa bir mövzudur. Belə yanaşmanın nəticəsi faşist Almaniyası üzərində qələbədən sonra müttəfiqlərin saziş bağladığı  Yalta konfransı olub. Əgər bu hadisə unikal olmasa belə, bu gün üçün qeyri-məqbuldur.

O zaman nufuz zonalarını bölüşdürmək ona görə mümkün oldu ki, bu zonalar bütövlükdə qanlı dünya müharibəsindəki silahın gücü müəyyənləşmişdi. Qüvvələr balansı və rəqabətin aydın cızılmış arealı (Avropa və ona bitişik ərazilər) danışıqların daha predmetli olmasına imkan verirdi. Döyüş əməliyyatlarından kənarda qalan məkanlar bu sövdələşməyə aid deyildi. Bu isə öz növbəsində 1950-80-ci illərdə dünyanın həmin məkanlarında kəskin rəqabəti yaratdı.

Hazırda belə şərtlər yoxdur, odur ki, bu cür bədnam sövdələşmə  mümkün olsa bu tərəflərə maraqlar mübadiləsini deyil, Obama dövründə təklif olunan “yenidən yüklənmə”ni təklif edəcək.

“Yenidən yüklənmə” özündə bir-birinə birbaşa dəxli olmayan, tərəflər üçün müxtəlif çəkidə olan bir neçə məsələ ilə bağlı paket modeli ehtiva edirdi. Bunun hərəkətverici qüvvəsi nüvə silahlarının ixtisarı haqqında saziş oldu. Bura İran (sanksiyalar), RƏM (Avropada raket əleyhinə müdafiə sisteminin dayandırılması), Rusiyanın DTT-yə üzvlüyü və ABŞ-ın postsovet məkanında fəallığını azaldacağı ilə bağlı verdiyi qeyri-rəsmi razılıq daxil idi.

Maraqlıdır ki, xələfinin xarici siyasətdə, xüsusən Rusiya istiqmətində etdiklərini qətiyyətlə süpürüb atan Tramp az öncə ya instiktiv olaraq, ya da  təsadüfən elə həmin modelin tətbiqi barədə danışdı.

Londonun “Tayms” qəzetinə müsahibəsində Tramp qəfildən təklif etdi ki, sanksiyaların götürülməsini nüvə silahının ixtisarı ilə bağlı proseslə uzlaşdırmaq olar. Məsələnin belə qoyuluşunun mənasızlığı beynəlxaq münasibətlərdən xəbəri olan istənilən mütəxəssis üçün aydındır (Ruslara, ölkənin iqtisadi subyektlərinə qarşı sanksiya və qlobal strateji sabitlik mövzusu çəkisinə görə sadəcə bir kateqoriyaya sığan mövzu deyil). Amma Tramp yenə bu sxem barədə danışır.

2010-2011-ci illərdə “yenidən yüklənmə”nin bir effekti Rusiya İran münasibətlərindəki böhranda özünü göstərdi. Tehranda bu gün də çox əsəbi və incik olaraq bunu Rusiyadan gələn hər nümayəndə heyətinə xatırladırlar. O zaman Moskva BMT-nin İrana qarşı olan sanksiyalarını nəinki dəstəklədi, üstəlik C-300 raket sistemini Tehrana verməkdən imtina edərək faktik olaraq Vaşinqtonun birtərəfli tədbirlərinə qoşuldu.     

Məsələ heç bunda da deyil. İran başa düşdü ki, o növbəti dəfə Rusiya-Amerika bazarlığının qurbanı olub.

Burada “böyük sövdələşmə” barədə diskussiyaların əsas yalanı gizlənir. Rusiyanın qeyri-Qərb ölkələri olan tərəfdaşları arasında belə bir rəy var ki, Moskva bütün ziqzaqlı və kəskinləşməsinə baxmayaraq öz siyasətində birmənalı qərbyönlü olaraq qalır. Başqa sözlə, onlar hesab edir ki, İranla, Çinlə, Hindistanla yaxınlaşma və birgə faəliyyət Rusiya üçün qiyməti deyil və yalnız Qərbə təsir etmək üçün bir vasitədir. Kreml avropalı və amerikalı həmsöhbətlərinin ciddi diqqətini çəkməyə nail olan kimi o həmin an Rusiya üçün bu dövlətlərin yox, Qərbin maraqları əsas olur.

Bu yanaşmanın nə qədər doğru və ədalətli olması barədə mübahisə etmək olar. Amma Rusiyanın Qərblə münasibətlərdə yüksək həssaslığını inkar etmək çətindir. Ən azı iki əsrdir qərb mərkəzçiliyi  Rusiya siyasətinin əsas müəyyənedici faktoru kimi çıxış edir. SSRİ-nin suqutundan sonra Rusiya əvvəlcə sükanı kəskin şəkildə qərb istiqamətinə yönəltdi. Moskva səmimi şəkildə inanırdı ki, digərləri ikinci dərəcəlidir. Daha sonra Moskva uzun müddət ABŞ və Avropanın onu bərabərhüquqlu oyunçu kimi qəbul etməsi üçün mübarizə apardı. Son illərdə, xüsusən 2014-cü ildə, bu yanaşma korrektə olunur – Noskva qətiyyətlə Şərqi Avropa və Yaxın Şərqdə qərb xəttinə qarşı gedir.

Lakin Trampın zuhuru yenə köhnə şübhələri “dirilib”- guya ruslar amerkanlarla bizim hesabımıza razılıq əldə edəcəklər. Əgər dünyanı 20-ci əsrin ikinsi yarısına, Moskva və Vaşinqtonun dünya siyasətini müəyyən elədiyi zamana  qaytarmaq mümkün olsaydı bunu bəlkə də həqiqət saymaq olardı. Amma zamanı döndərmək mümkün deyil. Rusiya Sovet İttifaqı deyil. Hətta ABŞ ağır gərginliyi anlayaraq qlobal dominantlıq ideyasından geri çəkilməyə başlayıb.

ABŞ-la istənilən “böyük sövdələşmə” təkcə aydın sərhəd ayrılmasına (bu obyektiv olaraq mümkün deyil) yox, həmçinin Rusiyanın öz tərəfdaşlarının gözündə imcinin dağılmasına gətirəcək. Hələ onu demirik ki, bu sövdələşmə bütün siyasi elitanın və cəmiyyətin yarısının əleyhinə olduğu bir prezidentlə bağlansın… Belə “sövdələşmənin” götür-qoyunu əvvəlcədən etmək lazımdır.

Yuxarıda deyilənlər o demək deyil ki, ABŞ-ın yeni administrasiyası ilə təmas nöqtələrini tapmaqdan imtina etmək lazımdır. Bu, amerikan-rus münasibətlərini dalandan çıxarmaq üçün vacibdir. Bu dalan Rusiyanın dünya arenasına çıxmaq imkanını azaldır.

Nəzərə almaq lazımdır ki, Çin, Hindistan, İran və Moskvanın digər tərəfdaşları özləri də əlaqələrini ABŞ-la münasibətləri möhkəmləndirməklə şaxələndirməyə çalışır. Rusiyanın son illərdə etimad qazandığı tərəfdaşlarını arxa plana ataraq ABŞ-la hansısa sazişə gedəcəyi barədə diskussiyalar Moskvanın Şərqdə və Qərbdə mövqeyinin zəiflədilməsindən başqa heç nəyə yaramır.

Tramplar gəldi-gedərdi, reputasiya isə qalır.

Tərcümə: Strateq.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button