Loading...
Loading...
ÖLKƏGündəm

İran vurulan təyyarədə vətəndaşlarını itimiş ölkələrə danışıqlar təklif edir

İran Ukrayna sərnişin təyyarəsinin vurulması nəticəsində vətəndaşlarını itirmiş dövlətlərlə “ikitərəfli” danışıqlara və görüşə hazırdır.

Tehranın belə bir təkliflə yanvarın 7-də çıxış etdiyi bildirilir. Amma o da vurğulanır ki, İran bu təklifi üsyankar bir dillə bəyan edib.

İran Xarici İşlər Nazirliyi belə bir bəyanatı Ukrayna, İngiltərə, Kanada və İsveçin qurbanlara təzminat ödənilməsi ilə bağlı Tehranla aparılan iki illik danışıqlardan imtina etdiklərini bəyən etməsindən sonra verib.

Beləki adı çəkilən ölkələr bundan sonra məsələni beynəlxalq hüquq müstəvisində davam etdirəcəklərini bildiriblər.

İran rəsmiləri 176 nəfərin olduğu sərnişin təyyarəsinin vurulmasında İran silahlı qüvvələrinin bir qolu olan İslam İnqilabı Keşikçiləri Korpusunu günahlandırıb.

“Müəyyən ölkələrin qeyri-qanuni hərəkətlərinə və bu faciəli hadisədən istifadə etmək cəhdlərinə baxmayaraq… İran müvafiq dövlətlərin hər biri ilə ikitərəfli danışıqlara hazırdır”, – İran Xarici İşlər Nazirliyi bildirib.

Amma nazirliyin başqa ölkələrin hansı qanunsuz hərəkətlər etməsi ilə bağlı fikiri aydın deyil.

Tehran üzərində vurulan təyyarədəki sərnişinlərin 130-dan çoxunun Kanada ilə bağlılığı olub. Ötən həftə Kanada məhkəməsi həlak olanlardan 6 nəfərin ailəsinə 84 milyon dollar ödənilməsi barədə qərar çıxarıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button