2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

İran ‘Xeybərbasan’ raketlərini nümayiş etdirib

İranın dövlət televiziyası ölkənin istehsal etdiyi və 1450 kilometr məsafəni vurduğu söylənən yeni raketlərini nümayiş etdirib.

Saytların yığılması Saytlarin yigilmasi

Reuters yazır ki, bu raketlərin televiziya ilə görüntülənməsindən bir gün əvvəl Tehran və Vaşinqton arasında 2015-ci il nüvə sazişinin xilas olunmasına yönəlik vasitəçili danışıqlar bərpa olunub.

Yaxın Şərqdə ən böyük raket proqramlarından birinə malik İran bildirir ki, onun 2000 kilometri vuran ballistik raketləri var.

Tehranın iddiasına görə bu raketlər onun qatı düşməni olan İsrailin ərazisini və ABŞ-ın regiondakı bazalarını vurmaq iqtidarındadır.

İran televiziyası adı farsca Xeybər-Şekan (Xeybərbsan) olan raketlər barədə belə məlumat verib:

“Bu uzaqmənzilli raketlər ölkənin özündə İnqilab Keşikçiləri tərəfindən istehsal olunub. Raketlər yüksək dəqiqliyə malikdir, bərk yanacaqla işləyir və raket sipərlərini yarmağa qabildir”.

Tehran öz raketlərini ABŞ, İsrail və başqa düşmənlərə qarşı etibarlı çəkindirici hesab edir.

İran raket proqramının dayandırılmasına dair Qərbin tələblərini rədd edir.

İran silahlı qüvvələrinin baş qərargah rəisi general-mayor Məhəmməd Bageri raketlərin nümayiş etdirildiyi bazada keçirilən mərasimdə deyib ki, ölkə özünün raket proqramını bundan sonra da inkişaf etdirəcək.

Yenə də Xeybər…

Raketin adına gəldikdə isə İran hərbi sahədə Xeybər adından ilk dəfə deyildir ki, istifadə edir.

Ötən ilin payızında Bakı ilə münasibətlərinin gərginləşdiyi vaxtda İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi manevrlər də “Xeybər fatehləri” adlanırdı.

O vaxt İran Azərbaycanı İsraillə əməkdaşlığa görə ittiham edirdi.

Tarixi Xeybər döyüşü isə Məhəmməd peyğəmbərin Xeybər yəhudiləri ilə etdiyi döyüşün adıdır.

Bu müharibədə müsəlmanlar qələbə çalıblar. Bağlanmış müqaviləyə əsasən döyüşdə iştirak edən yəhudilər ailələri ilə birlikdə Xeybər ərazisini tərk etməli idilər.

Şiələr xüsusilə əziz bildikləri imam Əlinin bəzi Xeybər qalalarının fəth edilməsindəki rəşadətini xüsusi qeyd edirlər.

İranın Yaxın Şərqdə yürütdüyü davakar siyasət onun regional sünni ərəb qonşularını ciddi narahat edir.

Səudiyyə Ərəbistanı dəfələrlə böyük gücləri İranın Körfəzdəki fəaliyyətlərini cilovlamağa çağırıb.

İranın rəsmən tanımadığı İsrail isə bəyan edib ki, Tehranla böyük güclər arasında Vyanada aparılan nüvə danışıqları baş tutmasa, İrana qarşı hərbi hərəkət edəcəyini istisna etmir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button