2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İran XİN başçısı barışıq üçün Bakıya gəlir

Bakı/20.12.21 Qarşıdan gələn həftə sonu İranın XİN başçısı Əmir Abdullahiyan Bakıya səfər edəcək. Bu barədə bazar ertəsi keçirilən brifinqdə İran XİN-in mətbuat katibi Səid Xətibzadə bildirib.

Onun sözlərinə görə, səfərin məqsədi ticarət sahəsində əməkdaşlıq məsələlərini müzakirə etməkdir. Qeyd edək ki, bu həftə İran, Azərbaycan və Gürcüstan razılıq əldə edərək, Fars körfəzindən Qara dənizdə Bolqarıstan limanlarına qədər yeni nəqliyyat dəhlizini işə salıblar. 

Bu nəqliyyat dəhlizi İran yüklərinin Avropaya nəqli problemini aradan qaldırır, habelə Hindistan, Pakistan və digər ölkələrdən malların Avropa regionuna tranzitini təmin edir.

Saytların yığılması Saytlarin yigilmasi

Amma Bakıda əsas müzakirə mövzusunun Tehranın Azərbaycana təzyiq göstərmək və qorxutmaq cəhdlərindən sonra ciddi şəkildə korlanan ikitərəfli münasibətlərlə bağlı vəziyyət olacağına şübhə yoxdur. Gərginliyin səbəbi İranın Qarabağ separatçıları ilə qanunsuz ticarətidir. Amma İranlılar iki ölkə sərhədi boyunca hərbi təlimlər keçirməklə Azərbaycanı qorxutmağa müvəffəq olmayıb, bundan sonra Tehran rejimi Azərbaycanla “barışmaq” qərarına gəlib. -02Â-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button