Xəbərlər

İran XİN başçısı İran və Azərbaycan arasında uçuşları bərpa etməyə çağırıb

Loading...

Tehran/22.11.21 Noyabrın 21-də Tehranda İranın XİN başçısı Hüseyn Əmir Abdullahiyanın Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşü keçirilib. Tərəflər ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini və Qafqaz regionunda baş verən hadisələri müzakirə ediblər, xəbəri İrna agentliyi yayıb.

Abdullahiyan iki ölkə arasında ticari münasibətlərdən artan tendensiyadan və sıx əlaqələrdən məmnunluğunu bildirib, nəqliyyat, energetika və turizm sahələrinin əhəmiyyətini vurğulayıb.

İranın imkanlarına toxunan nazir İran şirkətlərinin bu yaxınlarda azad edilmiş ərazilərin bərpasında iştirak etməyə hazır olduğunu bildirib. O, həmçinin İran və Azərbaycan arasında əlaqələri asanlaşdırmağa və iki ölkə arasında uçuşları bərpa etməyə çağırıb.

Xatırladaq ki, mülki aviasiyanın uçuşları 2020-ci ildə koronavirus pandemiyasının başlaması ilə əlaqədar dayandırılıb. Sonradan İran Azərbaycan təyyarələrinin öz ərazisindən Naxçıvana uçuşunu qadağan edib. Bu, 2021-ci ilin sentyabrında iki ölkə arasında münasibətlərin gərginləşməsindən sonra baş verib. -02D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button