2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İran xüsusi xidmət orqanlarının casusluğa cəlb etdiyi İsmayılovlar ailəsinin dramı

2019-cu ildə bir ailənin üç üzvü – Zakir Əlibala oğlu İsmayılov, onun həyat yoldaşı Nəzakət və oğlu Kənan İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıqda şübhəli bilinərək həbs olunur.

Məhkəmə Zakiri ömürlük həbs cəzasına, Nəzakəti 10 il, Kənanı isə 3,5 il həbsə məhkum edir. Hökmdən sonra həyat yoldaşı Kənanı tərk edir – satqının ailə üzvü kimi qalmaq istəmir. Yaxın qohumları və dostlarının da üz döndərdiyi tənhaya çevrilməsi Kənan üçün türmə kamerasından daha sərt və əzablı cəza olur.

Saytların yığılması Saytlarin yigilmasi

O, həbs müddəti tamam olandan sonra azadlığa çıxır, ancaq bu gün də ağrı və əzabları ilə baş-başa qalaraq ömrünün sonuna qədər satqın damğası ilə yaşamağa məhkum olunduğunu anlayır. Ailənin başçısı Zakir İsmayılov həbs olunduqdan iki il sonra türmədə vəfat edir.

Ərinin ölümü, böyük oğlunun ailə dramı, psixi pozğunluqla doğulmuş ikinci oğlu Sənanın xəstəliyi Nəzakət İsmayılovanı birdəfəlik sındırır. O, ağır onkoloji xəstəliyə tutulur və hazırda penitensiar xidmətin müalicə müəssisələrindən birində ömrünün son günlərini yaşayır.

Qəlbində azacıq da olsa mərhəmət hissi olan heç kəs İsmayılovlar ailəsinin bəxtinə düşən faciəvi taleyə biganə qala bilməz.  Düzdür, bu vaxt kimsə deyəcək ki, bu karmadır, kimsə təsadüflərin faciəvi şəkildə üt-üstə düşməsindən bəhs edəcək, kimsə də əllərini səmaya qaldırıb Tanırının İsmayılovlar ailəsini dəhşətli satqınlığa görə cəzalandırdığını söyləyəcək.  Hər kəs də öz rəyində qalacaq.

Ancaq bu, bədbəxt ailənin taleyində real olaraq nəyi dəyişə bilər?

Bu yaxınlarda Nəzakət İsmayılova İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəviyə məktub yollayaraq  ailəsinin illər boyu xidmət göstərdiyi İran hökumətindən mənəvi ziyanı qismən ödəməyi və xəstə oğlu Sənana pulla yardım göstərməyi xahiş edib. O, məktubun nüsxəsini Azərbaycan XİN-ə də yollayıb.

Nəzakət İsmayılovanın hər sətirində ailəsinin faciəsinə ağlayan ölümcül xəstə ananın dözülməz ağrıları əks olunan məktubu illər boyu ailəni boş vədlərlə yemləmiş və xəyanətə təhrik etmiş İran xüsusi xidməti üçün heç bir əhəmiyyət kəsb etmir. İsmayılovlar ailəsi faktik olaraq İran xüsusi xidməti ilə əməkdaşlığa razılaşdıqları andan  məhkum idi…

Biz mürəkkəb dünyada yaşayırıq, taleyimizi məhv etməyə və özümüzə əziz olan insanların ömürlərini korlamağa qadir olan şərdən qorunmaq elə də asan deyil.  Köhnə adamlar deyirdilər: əgər vicdan təmizdirsə, ürək ailəni, dostları, Vətəni satmağa hazır deyilsə, şər heç vaxt sənə yapışmaz.

İsmayılovlar ailəsi satmağa hazır idi.

Və bunun bədəli çox ağır oldu. (virtualaz)

24 saat” “İran xüsusi xidmət orqanlarının casusluğa cəlb etdiyi İsmayılovlar ailəsinin dramı” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button