2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İran Zəngəzur dəhlizinə görə qəzəblənməyə davam edir

İranın Ermənistandakı Səfirliyi bildirir ki, bu ölkənin Ermənistandakı səfiri Mehdi Sohbani Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüş keçirib və Zəngəzur dəhlizinin açılmasının yolverilməzliyi məsələsini yenidən qaldırıb. 

Görüşdə səfir İranın beynəlxalq sərhədlərin dəyişməzliyi və istənilən geosiyasi dəyişikliklərin qəbuledilməz olduğu ilə bağlı mövqeyini, həmçinin qonşularının ərazi bütövlüyünə dəstəyini vurğulayıb, deyə səfirliyin məlumatında bildirilir. 

Öz növbəsində, Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, Ermənistan İranla münasibətlərə xüsusi əhəmiyyət verir və heç bir qüvvə İran və Ermənistan arasında ərazi əlaqələrini poza bilməz. Onun sözlərinə görə, “Ermənistan ərazisi daxilində istənilən maneələrin aradan qaldırılması Ermənistanın daxili institutlarının nəzarəti və onun suverenliyi altında olacaq”, deyə məlumatda bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Artıq bir həftədir İranın rəsmi nümayəndələri, o cümlədən XİN başçısı heç kimin guya İranın maraqlarına zidd olan Zəngəzur dəhlizini açmasına imkan verməyəcəklərini bəyan edirlər. Bu zaman Tehran öz ərazisində bu kommunikasiyanın açılmasını məqbul hesab edən rəsmi Yerevanın fikrinə açıq şəkildə etinasızlıq göstərir.

Tehran həmçinin Moskvanı “satqınlıqda” və Zəngəzur dəhlizi layihəsini təşviq etməkdə ittiham edir və bu yolun açılmasının İranın Avropa bazarlarına çıxışına mane olacağını iddia edir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button