2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İrana “Boeing” satışı əngəllənə bilər

ABŞ Nümayəndələr Palatası İrana “Boeing” təyyarələrinin satışını əngəlləyən qanun layihəsini qəbul edib.

Nümayəndələr Palatasında iyulun 7-də keçirilən səsvermədə İrana 109 “Boeing” təyyarəsinin satılması, yaxud icarəyə verilməsi qadağan edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Tehranla “Boeing” şirkətinin razılaşması nüvə sazişi çərçivəsində əldə olunub.

Amma Obama administrasiyası daha öncə bildirib ki, İranla nüvə sazişinə zərbə vuran hər hansı qanunvericiliyə veto qoyacaq.

Layihənin müəllifi Peter Roskam israrla bildirib ki, bu təyyarələr İran İnqilab Qvardiyası tərəfindən istifadə oluna bilər. Onun sözlərincə, “Boeing” təyyarəsinin konfiqurasiyasını dəyişib ballistik raket, silah daşıya bilərlər.

Demokratların fikrincə, bu qanunvericilik respublikaçıların nüvə sazişinə ziyan vurmaq strategiyasının bir hissəsidir. Konqresdəki respublikaçılar nüvə razılaşmasına qarşı çıxıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button