2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İrana casusluq etdiyinə görə həbs olunan ilahiyyatçı porno-şantajda ittiham olunur

Bakı/11.11.21 Cümə axşamı hakimiyyətyönlü İnternet resurslarında dövlətə xəyanətdə ittiham olunan şiə ilahiyyatçı Sərdar Babayevin videogörüntüləri yayılıb. Görüntülərdə onun digər dindarların intim əlaqələrini gizli şəkildə qeydə aldığı məlum olur.  

Videonu müşayiət edən mətndə deyilir ki, Babayev gizli çəkilmiş kadrları İrana göndərib. Sonradan İranın xüsusi xidmət orqanları videosu çəkilmiş şəxsləri şantaj edərək onları əməkdaşlığa məcbur ediblər.

Bu gün sosial şəbəkələrdə daha bir video dərc olunub, orada Cəlal Şəfiyev kimi təqdim  olunan bir nəfər göstərilib. Şəfiyev özü bu videonu “əxlaqsızlıq” adlandırıb, onu “şeyx Sərdar”a təzyiq cəhdi kimi qiymətləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu, alçaqcasına  böhtandır. Şeyx Sərdar haqda belə videoları ona görə yayırlar ki, o, haqsızlığa,  zülmə, xalqın aldadılmasına dözmür. Şeyx Sərdarın həbsi siyasi sifarişdir. O, repressiya qurbanıdır və İranla gərgin münasibətlərə görə həbs edilib”,- Şəfiyev bildirib.

Sosial şəbəkələrin istifadəçilərinin məlumatına görə, bu gün Şəfiyev Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Sərdar Babayevə gəlincə, o, oktyabrın 19-da saxlanılıb. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə cinayət ittihamı irəli sürülüb. O, ittihamları qəbul etmir. –06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button