SEÇMƏ

İranda əxlaq polisi ləğv edilir

Yayımlandı: 4 Dekabr 2022 22:06

Qadınların baş örtüyü ilə bağlı qanun üzərində işlənildiyi bildirilir

İran İslam Respublikasında əxlaq polisinin ləğv edildiyi bildirilir.

Bu barədə ölkənin Baş prokuroru Cəfər Montazeri açıqlama verib.

Cəfər Montazerinin sözlərinə görə, şəriət polisi bölmələrinin məhkəmə sistemi ilə heç bir əlaqəsi yoxdur və onları yaradanlar tərəfindən də ləğv edilib.

Baş prokuror parlamentin və ədliyyənin 1983-cü ildə qəbul edilən qadınların başlarını örtməsini tələb edən qanunun dəyişdirilməsi üzərində işlənildiyini söyləyib.

Prezident İbrahim Rəisi dekabrın 4-də deyib ki, islam əsasları İran konstitusiyasında təsbit olunub, lakin qanunların tətbiqi üçün daha yumşaq üsullar var.

Qəşt-e Ərşad və ya “Bələdçi Patrullar” 2006-cı ildə Prezident Mahmud Əhmədinejadın hakimiyyəti zamanı yaradılıb.

2022-ci il sentyabrın 13-də İranda əxlaq polisinin hicab qaydalarını pozma ittihamı ilə tutduğu Məhsa Əmini üç gün sonra xəstəxanada vəfat edib.

İran hakimiyyəti təkzib etsə də, çoxu gənc qadının fiziki zorakılığın qurbanı olduğuna inanır.

BMT-nin İnsan Haqları Ali Komissarı Volker Turk deyib ki, indiyədək etirazlarda 40-dan çoxu uşaq olmaqla 300-dən çox adam öldürülüb. 14 minə yaxın insan isə həbs edilib.

Meydan TV

Gözdən qaçırmayın:  8 ayın əsgərinin odlu silahdan açılan atəş nəticəsində öldüyü bildirilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button