2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İranda edamlara qarşı kampaniya çağırışı edilir

200-dən çox iranlı vətəndaş cəmiyyəti fəalı, yazıçılar, habelə edam qurbanlarının ailə üzvləri İrandakı fəalları və həmkarlar ittifaqlarını edamlara qarşı kampaniyaya başlamağa çağıran məktub imzalayıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əvvəl İran parlamentinin bir sıra üzvləri ölkə ədliyyəsini etirazçılara ən sərt cəzaların verilməsinə çağırmışdı.

235 nəfərin imzaladığı məktubda bildirilir ki, belə bir çağırışa bu yaxınlarda etirazlarda iştiraka görə bir neçə nəfərin edam edilməsi səbəb olub.

İnsanları qorxutmaq taktikası

Məktubda deyilir ki, Mohsen ŞikariMəcidrza Rahnəvərdin edamı hökumətin insanları qorxutmaq və səslərini boğmaq üçün işlətdiyi taktikanın bir hissəsidir.

“Çox vaxt ədalətsiz mühakimələrdə təməl insan haqlarının pozulması ilə çıxarılmış hökmlər əsasında icra edilən bu edamlar, mühacirlər, dini azlıq nümayəndələri, aşağı sosial statuslu adamlar, qadınlar və gender azlıqları da daxil ümidsiz, çarəsiz və kövrək adamlara qarşı diskriminasiyanın bariz nümunəsidir”.

Rahnəvərd dekabrın 12-də, həbsindən 23 gün sonra ictimaiyyətin iştirakı ilə asılaraq edam edilib.

O təhlükəsizlik qüvvələrinin iki əməkdaşının qətlində ittiham olunurdu. İran İnsan Haqları təşkilatı bildirir ki, Rahnəvərd barəsində hökm zorla alınmış etirafların əsasında keçirilən qondarma mühakimə prosesində çıxarılıb.

Şikari də ictimaiyyətin iştirakilə dekabrın 8-də edam olunub. Ali Məhkəmə onun hökmdən şikayətini rədd etmişdi.

O təhlükəszlik əməkdaşına xəsarət yetirməkdə ittiham edilirdi.

Təkcə bu il 500-dən çox edam

İnsan haqları qrupları bildirirlər ki, Oşnaviye şəhərindən olan iki qardaş – Fərhad və Fərzad Tahazadələr və daha bir neçə etirazçı yaxın zamanda edam edilmək təhlükəsi ilə üzləşiblər.

Bəzi məlumatlara görə futbolçu Əmir Nəsr-Azadani “Allaha qarşı müharibə” ittihamı ilə günahlandırılır.

Bu ittiham da edam cəzası nəzərdə tutur və adətən xarici ölkəyə casusluqda, dövlət çevrilişi cəhdində təqsirli bilinənlərə tətbiq olunur.

Şərhçilər hazırda İranda davam edən kütləvi etirazların 1979-cu il İslam inqilabından bəri ən böyük həyəcan olduğunu deyirlər.

Osloda mənzillənmiş İran İnsan Haqları Təşkilatı bildirir ki, təkcə bu il İranda edam edilənlərin sayı 500 nəfəri ötüb.

24 saat” “
İranda edamlara qarşı kampaniya çağırışı edilir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button