Bizim tərcümə

İranda etiraz aksiyalarında iştirak edən 14 xarici ölkə vətəndaşı həbs edilib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-20 01:01:13

Sentyabrın 16-da İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkə daxilində gərginlik davam edir. İran mətbuatında yer alan xəbərə görə, aralarında ABŞ, Rusiya, Avstriya, Fransa, Böyük Britaniya və Əfqanıstan vətəndaşlarının da olduğu 14 xarici ölkə vətəndaşı etirazlara qatıldığı səbəbilə İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

İranın Kəşfiyyat Nazirliyi sentyabrın 30-da nümayişlərdə iştirak etdiyi təsbit edilən Almaniya, Polşa, İtaliya, Fransa, İsveç və Hollandiya vətəndaşları da daxil olmaqla 9 xarici vətəndaşın həbs edildiyini açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

NƏ OLUB?

Sentyabrın 13-də Tehranda əxlaq polisi kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan Məhsa Əmini sentyabrın 16-da dünyasını dəyişib. Sentyabrın 17-də Əmininin məmləkəti Sakqızda dəfnindən sonra başlayan nümayişlər bütün ölkəyə yayılıb. Tehran Polis İdarəsi Məhsa Əmininin ölümü ilə bağlı verdiyi açıqlamada Əmininin uyğun olmayan baş örtüyünə görə saxlanıldığını, daha sonra heç bir fiziki təmas etmədən polis idarəsində huşunu itirdiyini bildirib. İranın dövlət televiziyası ölkədə baş verən etirazlarda polis zabitləri və İnqilab Keşikçiləri Korpusunun Besiç milislərinin üzvləri də daxil olmaqla azı 41 nəfərin öldürüldüyünü bildirib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button