2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İranda etirazlarla bağlı ikinci edam həyata keçirilib

Dekabrın 12-də İranda hökumətə qarşı etirazlarla bağlı son bir həftədə ikinci edam həyata keçirilib. İctimai şəkildə asılan şəxs təhlükəsizlik qüvvələrinin iki üzvünü öldürməkdə təqsirli bilinib.

Saytların yığılması Saytlarin yigilmasi

Ədliyyəyə bağlı Mizan xəbər agentliyinin məlumatına görə, Məcidrza Rahnavard Məşhəddəki inqilab məhkəməsi tərəfindən “Allaha qarşı müharibə aparmaqda” təqsirli bilinib ki, bunun da cəzası ölümdür. Onun noyabrda etirazlar zamanı Bəsic qüvvələrinin iki üzvünü bıçaqla qətlə yetirdiyi iddia olunur.

İranda inqilab məhkəmələri təqsirləndirilənlərə öz vəkillərini seçməyə icazə vermədiyinə, hətta onlara qarşı dəlilə belə baxmadığına görə beynəlxalq miqyasda tənqid olunur.

Şiələrin müqəddəs şəhəri Məşhəd İran paytaxtı Tehrandan 740 km şərqdə yerləşir. Fəallar bu şəhərdə tətillər, nümayişlər keçirildiyini, mağazaların bağlandığını deyirlər.

Sentyabrın ortasında 22 yaşlı Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edib. Bundan sonra İranda etirazlar başlanıb, nümayişçilər azadlıq, demokratiya şüarları səsləndiriblər.

Dekabrın 8-də etirazlarla bağlı ilk edam gerçəkləşdirilib. Moşen Şekari təhlükəsizlik əməkdaşını yaralamaqda təqsirli bilinib.

Aktivistlər onlarla fəalın qapalı məhkəmə proseslərində ölümə məhkum olunduğunu bildirir.

İran hökuməti etirazçılara qanlı divan tutub. Noyabrın 29-dək azı 459 etirazçının, o cümlədən 64 azyaşlının öldürüldüyü bildirilir.

Osloda yerləşən İran İnsan Haqları Təşkilatının məlumatına görə, bu il İranda edamların sayı 500-ü keçib.

İnsan haqları qrupları və Qərb hökumətləri etirazçılara ölüm cəzası kəsdiyinə görə Tehrana xəbərdarlıq edib. Nümayişçilərə qarşı tələsik məhkəmələri “saxta” ədalət adlandıranlar var.

24 saat” “
İranda etirazlarla bağlı ikinci edam həyata keçirilib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button