Gündəm

İranda güclü zəlzələ olub, ölən və yaralananlar var

 İranın Xorasan-Rəzəvi əyalətinin Sefidsəng (“Ağdaş”) bölgəsində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
 İranın Qızıl Aypara Cəmiyyəti Cənubi, Şimali və Xorasan-Rəzəvi əyalətlərindəki bütün xəstəxanalar hadisə ilə bağlı hazırlıq işləri görülüb.
Məlumata görə, Sefidsəng kəndi təbii fəlakət nəticəsində tamamilə dağılıb.
*** 10:40
İranın Məşhəd şəhərində 6,1 bal gücündə zəlzələ olub.
Məlumatı ABŞ-ın Geoloji Araşdıma Mərkəzi yayıb.
İnformasiyaya əsasən, yeraltı təkanlar 33 km dərinlikdə meydana gəlib. Məlumata görə, zəlzələ ölkənin Məşhəd şəhərindən 76 km qərbdə baş verib.
İran KİV-i isə ölkənin Cənubi Xorasan əyalətinin Şuşef şəhərində isə 11 dəfə zəlzələ baş verdiyi barədə məlumat yayıb. İlk yeratlı təkanın 4,7 bal gücündə olduğu bildirilib. Məlumata əsasən, ölkənin Urmiya əyalətinin Xoy şəhərində isə 3,4 bal gücündə zəlzələ qeydə alınıb.

***
İranın Məşhəd şəhərində 6,1 bal gücündə zəlzələ olub.
“Report” xəbər verir ki, dağıntı və tələfat barədə hələlik məlumat yayılmayıb.

24saat.org

Mənbə – azadliq.info

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button