2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İranda həbs cəzası gözləyən müğənniyə Qremmi verilib

İrandakı etirazların himninə çevrilən mahnıya görə mümkün həbs cəzası gözləyən müğənni Qremmi mükafatına layiq görülüb.

Saytların yığılması Saytlarin yigilmasi

“AP” yazır ki, müğənni Şervin Hacıpur fevralın 6-da səhər ABŞ Prezidenti Co Baydenin (Joe Biden) həyat yoldaşı Cil Baydenin (Jill Biden) onun mahnısının qalib elan etdiyini eşidəndə əvvəl karıxıb, sonra göz yaşlarını saxlaya bilməyib.

Onun “Baraye” mahnısı sosial dəyişikliyə görə xüsusi mükafata layiq görülüb. İnternetdə yayılmış videoda Hacıpurun qaranlıq otaqda elanı eşidəndən sonra göz yaşlarını sildiyi görünür.

“Üçün” mənasını verən “Baraye” mahnısı belə başlayır: “Küçələrdə rəqs etmək üçün”, “öpüşəndə hiss etdiyimiz qorxu üçün”. Bu mahnıda gənc iranlıların hakim teokratiyaya qarşı etirazlarının Twitter-də sadaladıqları səbəbləri göstərilir.

Mahnı “Qadınlar, həyat, azadlıq üçün” sözləri ilə bitir. Bu, İranda Məhsa Əmininin ölümündən sonra başlanan etirazların sinonimi sayılır.

Instagram səhifəsində yerləşdirilən mahnı sürətlə yayılır. Hacıpur saxlanır, bir neçə gün həbsdə qalır, oktyabrda zaminə buraxılır. 25-yaşlı müğənniyə “rejimə qarşı propaqanda”, “zorakılığı qızışdırma” ittihamları irəli sürülüb.

Bu ittihamlara görə altı ilədək həbs cəzası kəsilə bilər. Müğənninin İrandan çıxmasa da qadağan olunub.

Qremmi mükafatının təqdimatı Los-Anceledə keçirilib.

“Bu mahnı Məhsa Əmini etirazlarının himninə çevrilib, azadlıq və qadın hüquqları üçün güclü və poetik çağırışdır. Şervin həbs olunsa da, onun mahnısı bütün dünyaya güclü mesaj ötürür: Qadınlar, həyat, azadlıq”, – Bayden çıxışında deyib.

Mərasimə yığışanlar Baydeni alqışlayıblar. Hacıpur isə Instagram-da sadəcə “Biz qalib gəldik” yazıb.

İranın dövlət mediası, hökumət rəsmiləri Hacıpurun mahnısının qalib olmasına münasibət açıqlamayıblar. Müğənni İranda etirazlardan dolayı saxlanan 19 min 600 nəfər arasındadır. Etirazlarda azı 527 nəfər öldürülüb.

Bazar günü Ali dini lider Ayətullah Əli Xameneyinin etirazlarda saxlanmış “onminlərlə” insanı əfv etdiyi, cəzasını azaltdığı açıqlanıb.

24 saat” “
İranda həbs cəzası gözləyən müğənniyə Qremmi verilib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button