2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

İranda həbs edilən Türk fəal aclıq aksiyasına başlayıb

Güney Azərbaycanlı türk fəal Siyamək Mirzayi də digər türk fəal Həbib Sasaniyandan sonra aclıq aksiyasına başladığını açıqlayıb . Mirzayi 17 iyunda həbsxana müdiriyyətinə yazdığı məktubla 300 min dollarlıq girov haqqının azaldılmasını istəyib. O, bu istək və azadlıq haqqı yerinə yetirilənə qədər aclıq aksiyasına başladığını bildirib.

Siyamək Mirzayi sosial media kanallarında ana dilində yazdığı şeir və məqalələrində Cənubi Azərbaycanda Türklərin problemlərini dilə gətirmişdi. Dünya Ana dili Günündə Türk dilinin İranda təzyiqə məruz qaldığını açıqlayan bəyanatdan sonra Siyamek Mirzayi, Ali Rıza Fərşi, Əkbər Azad, Behnam Şeyxi və Hamid Mənafe İran hökuməti tərəfindən 10 illik həbs və 2 illik sürgünə məhkum edilmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Hal-hazırda İranda bir çox Türk fəal dil problemi və Urmiyə gölünün quruması problemləri haqqında tədbirlər təşkil etdikləri üçün həbsdə yatır. Ötən il Murtaza Muradpur 60 gündən artıq bir müddət ərzində aclıq aksiyası keçirmişdi. 21 iyun günü türk millətçiləri Güney Azərbaycan, Azərbaycan və Türkiyədə eyni vaxtda #freesiamak haştağı ilə Siyamek Mirzayiyə dəstək aksiyası keçirmişlər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button