2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İranda jurnalist edam edilib


Dekabrın 12-də iranlı müxalif  bloger, “Amad Nyus” teleqram kanalının rəhbəri Ruhulla Zam asılaraq edam edilib. Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

 Azadlıq Radiosunun fars dili xidmətinin verdiyi məlumata görə, jurnalist şənbə günü sübh saatlarında asılıb. 

Zam  2017-2018-ci illərdə ölkənin böyük şəhərlərində sakinlərinin yaşayış səviyyəsinin aşağı olması, ayətullah rejimi və siyasi İslam əleyhinə baş qaldıran etirazları işıqlandırıb. On millərlə adamın iştirak etdiyi iki həftəlik həmin etirazlarda 25-ə yaxın adam ölüb, beş minə yaxın etirazçı həbs olunub. 

Saytların yığılması Saytlarin yigilmasi

Senzuranın və müstəqil medianın bloklanması şəraitində, müxalifət telegram kanalları etirazlar zamanı internetin İran seqmentində populyarlıq qazanmışdı. Bu saytlardan birinə də Zam rəhbərlik edirdi. “Amad Neys” 2018-ci ildə bloklansa da Zam fərqli bir adla işini davam etditib. Parisdə yaşayıb və orada işləyən jurnalist 2019-cu il İraqa səfəri zamanı həbs olunmuşdu.

İran hakimiyyəti onu dövlətə qarşı cinayətlərdə, Fransa və İsrail kəşfiyyatı ilə əməkdaşlıqda günahlandırsa da o bunu inkar edirdi. Lakin daha sonra onun yerli televiziyalardan birinə çıxaraqı üzr istədiyi görüntüləri yayılıb. Beynəlxalq insan haqları təşkilatları əmindilər ki, jurnalist işgəncə altında etirafa məcbur edilər bilərdi.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button