2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İranda prezident seçkiləri keçirilir

İranlılar ölkənin 12-ci prezidentini seçmək üçün cümə günü səhərdən seçki məntəqələrinə axışır.

Bu seçkilərdə əsasən 4 namizəd yarışır: sabiq prezident Həsən Ruhani, keçmiş ədliyyə rəhbəri Seyid İbrahim Rəisi, İranın Məqsədəuyğunluq Şurasının üzvü Mustafa Ağa-Mirsəlim və sabiq vise-prezident Mustafa Haşemi-Taba.

Saytların yığılması Saytlarin yigilmasi

Səhər tezdən ilk səsverənlərdən biri İslam İnqilabının lideri Ayətullah Xameneyi olub.

Səs verdikdən sonra dini lider deyib: “Demokratiya və seçkilərdə insanların iştirakına xeyir-dua üçün Ulu Allaha təşəkkür edirəm. Bu, böyük nemətdir”.

O daha çox insanın seçkilərə qatılmasını arzu etdiyini də qeyd edib.

Ayətullah Xameneyi 2017-ci il seçkilərini çox mühüm adlandırıb və ölkənin taleyinin kütlələrin əlində olduğunu deyib.

“Mən hesab edirəm ki, yaxşı işlər əvvəl saatlarda görülməlidir və gecikdirmək olmaz. Mən prezident seçkilərinin çox vacib olduğunu inanıram.”

63,500 seçki məntəqəsi bütün ölkə üzrə yerli vaxtla saat 08:00-da açılıb və səsvermə axşam saat 18:00-da başa çatmalıdır, lakin seçicilərin sayı çox olarsa bu zaman uzadıla bilər.

İranlı mühacirlər isə 102 ölkədə 310 seçki məntəqəsində prezident seçkilərinə qatılır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button