2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

İranda qətlə yetirilən 5 min insana bəraət istənilir

Üstündən 30 il keçib və İran hökuməti törətdiyi vəhşiliyin unudulmasını istərdi. Di gəl, bu ağrılı xatirə yaddaşlardan tezliklə silinənə oxşamır. 1980-ci illərdə edam olunmuş siyasi məhbusların ailələri BMT-yə müraciət edib və İslam Respublikasının öz xalqına qarşı törətdiyi ən dəhşətli cinayətlərdən biri haqda həqiqəti yaymasını istəyib. “The Daily Beast”portalının yaydığı məqalə bu haqdadır.

Saytların yığılması Saytlarin yigilmasi

ƏN AĞIR QƏTLİAM 1988-Cİ İLİN YAYINDA TÖRƏDİLİB

Kütləvi edamlarda öldürülmüş 50 İran vətəndaşı BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Asma Jahangir-ə yazıb. Onlar Jahangir-dən xahiş edirlər ki, BMT-nin Məcburi yaxud Könülsüz Yoxaçıxmalar üzrə İşçi Qrupuyla birgə işləsin, nə baş verdiyini aydınlaşdırsın və İslam Respublikasını cinayətini boynuna almağa məcbur etsin. Məktubda kütləvi edamlara görə məsuliyyət daşıyanların ictimai mühakiməyə çıxarılması, İran Konstitusiyasını və Beynəlxalq İnsan Haqları Deklarasiyasını pozmaqda ittiham olunması istənilir.

Məktubu imzalayanlar İranda yaşayırlar və nə qədər təhlükəli görünsə də, adlarını da qeyd ediblər.

İranda siyasi opponentlərin genişmiqyaslı edamı 1979-cu il İslam İnqilabından sonra başlanıb. Qurbanların məhkəmələri bir neçə dəqiqə çəkib və təqsirləndirilənlərə özünümüdafiəyə imkan da verilməyib. Ən ağır qətliam isə 1988-ci ilin yayında törədilib. Ondan cəmi bir neçə gün əvvəl İslam Respublikası BMT Təhlükəsizlik Şurasının səkkizillik İran-İraq müharibəsinə son qoymaqla bağlı qətnaməsini qəbul etmişdi…

DƏQİQ SAY BƏLLİ DEYİL

«Amnesty International» və digər insan haqları təşkilatları 1988-ci ilin yayında İran həbsxanalarında 4 min 500-5 min kişi, qadın və uşağın qətlə yetirildiyini hesablayıb. Bir çox hallarda qurbanlara həbs cəzası kəsilib, ancaq bəziləri hətta cəzaları bitəndən sonra öldürülüb. Edamlar gizlicə həyata keçirildiyindən ölənlərin dəqiq sayı bəlli deyil.

Meyitlər, əsasən, Tehranın cənub-şərqində yerləşən Xavaran qəbiristanlığında basdırılıb, ailələrinə də bilgi verilməyib. Hətta bu gün belə əzizlərinin qəbirlərini ziyarət edənlər təqiblə üzləşirlər. On illər boyunca İslam Respublikası qətliamın izlərini silməyə çalışıb.

Məktub müəllifləri İran hakimiyyətinə dəfələrlə informasiya üçün üz tutduqlarını, ancaq cavab almadıqlarını yazırlar. Ailələr beynəlxalq nümayəndə heyətinin İran həbsxanalarındakı durumu təftiş etməyə, siyasi məhbuslardan, edam olunanların ailələrindən müsahibə almağa çağırır.

DAHA MƏZARLIĞA DA BURAXMIRLAR

2009-cu ilin fevralında Xavaran məzarlığını dağıtmağa buldozerlər göndərilib, baxmayaraq ki, orada kimlərin dəfn olunduğu heç vaxt açıqlanmayıb. Daha sonra ailələrin məzarlığa baş çəkməsi də yasaqlanıb.

2017-ci ilin fevralında Evin həbsxanasında 15 illik cəza çəkən siyasi məhbus BMT-yə müraciət edib ki, 1988-ci ildə gizlicə edam olunmuş bacı-qardaşının məsələsini İslam Respublikasından soruşsun. Maryam Akbari-Monfared daha öncə, 2016-cı ilin sentyabrında İran ədliyyəsinə rəsmi müraciət göndərmişdi, yaxınları Abdolreza və Roghieh Akbari-Monfared-in edamıyla bağlı təhqiqat istəmişdi.

Məqalədə vurğulanır ki, son illər həmin qurbanların ailə üzvlərinin təqibi də güclənib. 1980-ci illərdə doqquzillik həbs cəzası çəkmiş, içəridə işgəncə gördüyünü deyən Monireh Baradaran «Iran Wire» portalına danışıb ki, həmin ailələrə qarşı dindirmələr, həbslər, hədələr tez-tez baş verir.

 Azadlig.org

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button