Loading...
Loading...
Cəmiyyət

İranda sosial tələblərlə etirazlar davam edir

İyulun 15-də İranın Hamidiye, Şadqan, Süsənqird və Zarqan Ahvaz rayonlarında yenidən su qıtlığına qarşı etirazlar keçirilib.

Azadlıq Radiosu Fars xidmətinin “Fars xəbərlər agentliyi”nə istinadla verdiyi məlumata görə, “Xuzestan” çayının azalması regionda içməli su qıtlığına səbəb olub.

Sutka ərzində sosial şəbəkələrdə  Abadan və Bostan da daxil olmaqla Xuzestanın digər şəhərlərində etiraz aksiyaları ilə bağlı məlumatlar pylaşılıb.

HRANA -İranın İnsan Haqları Fəallarının Xəbər Agentliyi Rza Salamat adlı sakinin iyulun 15-də Ahvazda təhlükəsizlik qüvvələri tərəfindən saxlanaraq naməlum istiqamətə aparıldığını xəbər verir.

Həmçinin sosial şəbəkələrdə Süsəngirddə etiraz aksiyaları ilə bağlı vidolar paylaşılıb.

Mənbənin məlumatına görə, son həftələr iranın müxtəlif yerlərində su problemi və elektrik kəsilmələrinə qarşı etirazlar keçirilir.

Son 3 həftə ərzində İsfahan əyalətində də bir qrup fermer və heyvandarlar su qıtılığna etiraz olaraq qubernatorun ofisinin qarçısına toplaşıblar.

Onlar süd və ət məhsullarının ucuz , heyvan yemlərinin isə baha olmasına etiraz bildiriblər.

Bunun sosial şəbəkələrdə videolarə da paylaşılıb.

Qeyd edək ki, bundan əvvəl-iyunun 22-də İranın enerji sənayesində tətillər başlamışdı.

Bu aksiya az sonra səkkiz vilayətdə 60-dan çox zavoda yayılıb. Bunun son 20 ildə ən geniş tətil olduğu bildirilir.

 

 

 

24 saat” “İranda sosial tələblərlə etirazlar davam edir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  General Nizami Məmmədov həbs olundu - FOTO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button